"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

August 2018
M T W T F S S
« Jun    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

“Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb

Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır. 3 ay davam etmiş layihə çərçivəsində  müəyyən olunmuş cəzaçəkmə müəssisələrində (hər cəzaçəkmə müəssisəsində 30-40 məhkum olmaqla) cəza müddətinin bitməsinə az qalmış məhkumlarla maarifləndirici tədbirlər keçirilmişdir. Qeyd olunan tədbirlərdə onlara hüquq vəzifələri izah olunmuş, təşkilatımızın layihədə nəzərdə tutduğu xidmətləri ilə bağlı məlumat verilmişdir. Layihə müddətində ümumilikdə cəza çəkməkdən azad olunmuş yüzdən çox məhkuma hüquqşünas və psixoloq tərəfindən pulsuz fərdi konsultasiyalar təşkil olunmuş və hüquqi yardım göstərilmişdir.

Mətbuat Xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO