"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

June 2018
M T W T F S S
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Arxiv

Partnyorlarımız

Gənclər təşkilatı “Təbiətin Dostları” qrupu yaradır

 

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyi-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ətraf mühitin qorunmasında uşaqların rolunun artırılması” layihəsini icra edir. Layihənin əsas məqsədi ətraf mühitin mühafizəsində və ekologiyanın qorunmasında uşaqların məsuliyyətinin gücləndirilməsidir.  Təşkilat bu məqsədlə layihə çərçivəsində uşaqların ekoloji sahədə maarifləndirilməsi və bu sahədə valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi, uşaqlarda ətraf mühitin mühafizəsi ilə bağlı vərdişlərin yaradılması, onların ekoloji sahədə ictimai fəallığının artırılması və sair bu kimi istiqamətlədə iş aparır.

İlk mərhələdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyilə Bakı şəhərində yerləşən 10 orta məktəbdə, ümumilikdə 400 uşaq üçün “Ətraf mühitin mühafizəsi” mövzusunda təlimlər keçirildi. Təcrübə göstərir ki, təbiətin qorunmasının hər bir şəxsin ən vacib borcu olduğunu uşaqlar kiçik yaşlarından başa düşməlidirlər. Məhz bu məqsədlə bu təlimlər vasitəsilə məktəblilər ətraf mühiti çirkləndirən, insan sağlamlığına mənfi təsir göstərən əsas mənbələr, ətraf mühitin çirklənməsi nəticəsində meydana gələn ekoloji problemlərin qarşısının alınması üçün vacib olan tədbirlər və sair bu kimi məsələlər haqqında məlumatlandırıldılar.

Layihəyə çərçivəsində həmçinin aktiv məktəblilərdən ibarət “Təbiətin dostları” adlı təşviqat qrupu da yaradılır. Bu məktəblilər həm oxuduqları məktəblərdə, həm də “Facebook” sosial şəbəkəsində yaradılmış “Təbiətin dostları” səhifəsi vasitəsilə uşaqların ekoloji maarifləndirilməsi işini davam etdirəcəklər.

MƏTBUAT XİDMƏTİ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO