"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

March 2018
M T W T F S S
« Feb   Apr »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

Ötən il Azərbaycanda 31 kriminal avtoritet həbs olunub, polisə silahlı müqavimət göstərən 2 nəfər zərərsizləşdirilib

Ötən il həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb.

“Report”un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd olunub ki, prokorururluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilərək 418 cinayətin açılması təmin edilib.

Bildirilib ki, ümumilikdə, polisin əsas funksiyalarından olan cinayətlərin aşılması, 2016-cı illə müqayisədə, hesabat ilində 2.6 faiz yaxşılaşaraq 85.8 faiz təşkil edib.

Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.

Hesabat dövründə müxtəlif cinayətlər törədən 13 min 822, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 454 şəxs məhkəmə məsuliyyətinə verilib.

Hesabatda vurğulanıb ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

Hesabat dövründə ölkə üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 332 fakt müəyyən edilib, həmin cinayətlərə görə 151 nəfər məsuliyyətə cəlb olunub. Əllərdə qanunsuz saxlanılan 839 odlu silah və 25 minə yaxın patron götürülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO