"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

March 2018
M T W T F S S
« Feb   Apr »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

Ötən il Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib

Ötən il ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusiilə neonatoloji reanimasiya şöbələrinin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və müasir avadanlıqlarla təchizatı yaxşılaşdırılıb.

“Report”un məlumartına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Bu tədbirlərin həyata keçirilməsinin nəticəsi olaraq ana və uşaqların sağlamlıq göstəricilərində müsbət nəticələr əldə edilib.

Körpə ölümü göstəricisi 2016-cı illə müqayisədə bir qədər azalaraq, 11.4 promillidən 11.1 promilliyə enib. Hesabat ilində ana ölümü halları da azalaraq 21 hadisə olub (2016-cı ildə 22 nəfər).

Uşaqların icbari dispanserizasiyası Dövlət Proqramı çərçivəsində 2017-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilən uşaqların 5.1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, onlara müəlicə-sağlamlaşdırıcı tədbirlər aparılıb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrində stasionar müalicəyə cəlb olunub.

Sənəddə qeyd edilib ki, şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 225 min şəkərli diabet xəstəsi dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunur. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Bunun nəticəsi olaraq, şəkərli diabet xəstəliyindən poliorqan fəsadlarının və əlliliyin faizi azalıb.

Bildirilib ki, son illərdə müstəsna əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə qan tədarükü 43 faiz artaraq 2017-ci ildə 37 tondan çox olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO