"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

March 2018
M T W T F S S
« Feb   Apr »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Arxiv

Partnyorlarımız

 İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 25 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verəcəklər

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 25 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verəcəklər. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində 73 saylı seçki məntəqəsi yaradılıb.

120 saylı seçki dairəsi dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 73 saylı məntəqə zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub. Məntəqə üzrə 121 seçici qeydə alınıb. Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatdığı üçün daha 100 ailənin kəndə köçürülməsi gözlənilir. Əgər həmin kənd sakinləri seçkilərə qədər köçürüləcəksə, seçicilərin sayı da artacaq.

Kənd sakinləri də bu əlamətdar tarixi – aprelin 11-ni böyük həvəslə gözləyirlər. Onlardan biri də Samir Məmişovdur. “Dövlətimizdən çox razıyıq. Axır ki, bu günləri də görmək bizə nəsib oldu. Ötən il yenidən öz doğma torpağımıza, doğma kəndimizə qayıtdıq. Hələ də bunun sevincini yaşayırıq. Düşmənin dağıtdığı kəndimizə bu il yaz da tez gəlib. Ağacların çiçəklərinin, yaşıllıqların, güllərin qoxusu ətrafa yayılıb. Hər kəs gündəlik qayğıları ilə məşğuldur. Gələn ay isə uzun illərdən sonra ilk dəfə Cəbrayıl torpağında – Cocuq Mərcanlıda səsvermə hüququmuzdan istifadə edəcəyik”, – deyə o bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO