"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

January 2018
M T W T F S S
« Sep   Feb »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Arxiv

Partnyorlarımız

Axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 117 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO