"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

January 2018
M T W T F S S
« Sep    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Arxiv

Partnyorlarımız

Xeyli sayda silah polis orqanlarına təhvil verilib

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mütəmadi aparılan hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsində ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah polis orqanlarına təhvil verilib.

Sumqayıt şəhər sakini Bəyim Yusifzadə “Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov, Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş dörd ədəd “İJ” və bir “Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov, Süleyman Abidov və Mehman Osmanov isə “İJ” markalı üç tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.

Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən “Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, üç patron darağı və müxtəlif çaplı 238 patron tapılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaroğlan kənd sakini Elməddin Həbilovdan “İJ-16” markalı tüfəng, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşları isə İmişli rayon sakini Əhməd Hüseynovdan sənədsiz “İJ” markalı ov tüfəngi götürüblər.

Silahlar aidiyyəti üzrə təhvil verilib.

AZƏRTAC

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO