"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

September 2017
M T W T F S S
« Aug   Jan »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Arxiv

Partnyorlarımız

Ombudsman Bakı İstintaq Təcridxanasında olub


Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib.

Bununla yanaşı, bəzi qəbul edilmiş şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirib, müraciətlərində yer alan istintaq, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib.

Söhbət aparılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, əməkdaşların onlarla rəftarından və göstərilən tibbi xidmətdən şikayət etməyiblər.

Müvəkkil həmin şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparıb və öz tövsiyələrini verib.

Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO