"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

May 2017
M T W T F S S
« Apr   Jun »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Arxiv

Partnyorlarımız

İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu yeni layihənin icrasına başladı


İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyətinin öyrənilməsi layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu”nun mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən icrasının vəziyyətinin araşdırılması və icrasının son vəziyyətinin ictimai müzakirəsini təşkili və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda vətəndaş cəmiyyəti üzərinə qoyulmuş öhdəliklərin təbliğini təmin etməkdir.
Layihə çərçivəsində ümumillikdə 35 qurum olmaqla nazirliklər, dövlət komitələri, yerli icra hakimiyyətləri tərəfindən “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun icrası vəziyyəti və rəsmi internet resursları öyrəniləcəkdir. İnternet resurlarında İctimai Şuraların yaradılıb yaradılmadığı, yaradılıbsa “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu”nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olunacaqdır.
Layihənin sonunda mərkəzi və yerli icra hakimiyəti orqanlarının ishtirakı ilə dəyirmi masa keçiriləcək “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyəti haqqında hesabat ictimaiyyətə təqdim olunacaqdır.

Mətbuat Xidməti
02.05.2017

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO