"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

November 2015
M T W T F S S
« Oct   Dec »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Partnyorlarımız

Abşeronda oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar

Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, ev sahibinin evdə olmamasından istifadə edən oğrular evdən 6 min manat dəyərində qızıl və nağd pul aparıblar. Naməlum şəxs və ya şəxslər Xəlil Rza küçəsi 94 yaşayan Bəhman Novruzovun ailəsinin yas mərasimində olan vaxt evdən oğurluq ediblər.

Qeyd edək ki, oğrular evin həyətinə hasardan aşaraq daxil olublar. Evə isə pəncərədən giriblər.

Bundan sonra oğrular evin digər otaqlarında pul və qızıl axtarmağa başlayıblar. Zərərçəkənlərin sözlərinə görə, bu onların evində baş verən ilk oğurluq deyil. Bir il əvvəl də onların evləri qarət edilib.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.

apa.az

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO