"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Texasda baykerlər arasında baş verən münaqişə zamanı 9 nəfər ölüb

Mayın 17-də ABŞ-ın Texas ştatının Ueyko şəhərində bayker (motosikletçi) dəstələri arasında baş verən münaqişə zamanı 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə yerli KWTX telekanalı məlumat yayıb.

Hadisə ticarət mərkəzinin restoranlarından birində başlayıb, daha sonra avtomobillər üçün park yerində davam edib. Kütləvi qarşıdurmada tərəflər zəncirlər, dəyənəklər, bıçaq və odlu silahdan istifadə edib. Səkkiz nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Bir neçə nəfər saxlanılıb.

Polis baykerlərin görüşü barədə əvvəldən məlumatlı olub və restoranda mövqe tutub, lakin atışmanın qarşısını vaxtında ala bilməyib.

apa.az

Təqvim

May 2015
M T W T F S S
« Apr   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO