"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Çində avtobusun dərəyə aşması nəticəsində 35 nəfər ölüb

Çinin şimal-qərb əyaləti Şensidə avtobusun dərəyə aşması nəticəsində 35 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə yerli Icrosschina.com saytı məlumat yayıb. İçərisində 46 nəfərin olduğu avtobus yoldan çıxaraq 30 metr hündürlükdən dərəyə aşıb. 25 nəfər hadisə yerində, daha 10 nəfər isə xəstəxanada ölüb. Digər sərnişinlər xəstəxanalara yerləşdiriliblər.

Avtobusun sərnişinlərinin əksəriyyəti yaxınlıqdakı şəhərlərdən olan yaşlı insanlar olub. Onlar Xiangbang şirkətinin təşkilatçılığı ilə əyalətin paytaxtına 2 günlük ekskursiya və alı-veriş turuna çıxıblar. Hadisə onlar geri qayıdan zaman baş verib.

Hadisəni araşdırmaq üçün Çin Dövlət Şurası qəza yerinə işçi qrup göndərib, faktla bağlı 4 nəfər saxlanılıb.

apa.az

Təqvim

May 2015
M T W T F S S
« Apr   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO