"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Moskvada 85 yaşlı qadın 71 yaşlı qonşusunu qətlə yetirib

Moskvada qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 85 yaşlı qadın saxlanılıb.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, hadisə 13 may tarixində Moskvanın cənub-şərqində baş verib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, mübahisə zamanı qadın 71 yaşlı qadın qonşusuna sinəsindən 3 bıçaq zərbəsi endirib. Mübahisənin səbəbləri barədə məlumat verilmir.
Hadisədən dərhal sonra digər qonşular polis və təcili tibbi yardım çağırıblar. Lakin hadisə yerinə gələn tibbi işçiləri qadını xilas edə bilməyiblər.
Qətli törətməkdə təqsirləndirilən 85 yaşlı qadın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

apa.az

Təqvim

May 2015
M T W T F S S
« Apr   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO