"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Strasburqda “Həbsxanalarda pis rəftara qarşı mübarizə“ mövzusunda beynəlxalq tədbir keçirilib

Fransanın Strasburq şəhərində “Həbsxanalarda pis rəftara qarşı mübarizə“ mövzusunda beynəlxalq tədbir keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov təmsil edib.

Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi həbsxanalarda pis rəftara qarşı mübarizə ilə bağlı məsələlərin və Avropa Şurasının tövsiyələrinin müzakirəsi, müsbət təcrübənin və iş metodlarının mübadiləsi olub.

Tədbir çərçivəsində Avropa Şurasına üzv ölkələrin penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə görülmüş işlər barədə geniş fikir mübadiləsi aparılıb.

Pis rəftarla bağlı müraciətlərin təhqiqi, işçi heyəti ilə saxlanılanlar arasında konstruktiv münasibətlər hesabına dinamik təhlükəsizliyin təmini, təhlükəsizlik tədbirləri, hərəkətin məhdudlaşdırılması vasitələri və tənbeh tədbiri kimi tək saxlanmadan istifadə edilməsi, yeniyetmə məhkumların saxlanıldığı müəssisələrdə zorakılıq, eləcə də həbs yerlərində pis rəftarla bağlı Avropa məhkəməsinin ayrı-ayrı ölkələr üzrə son qərarları ətrafında müzakirələr olub.

Belə ki, həbs yerlərində pis rəftara yol verilməsi nəticəsində İnsan hüquq və azadlıqlarına dair Avropa Konvensiyasının 2-ci və 3-cü maddələrinin kobud surətdə pozulmasına görə Böyük Britaniya, Belçika, Fransa, İrlandiya, Türkiyə, Gürcüstan, Niderland və Rusiya Federasiyası üzrə Strasburq məhkəməsinin qərarlar qəbul etdiyi vurğulanıb.

apa.az

Təqvim

May 2015
M T W T F S S
« Apr   Jun »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO