"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Olland Fransa vətəndaşına ölüm cəzasının verilməsini pisləyib

Fransa prezidenti Fransua Olland İndoneziyada fransalı Serj Atlauiyə ölüm cəzasının verilməsini pisləyib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, F. Olland qərardan məyus olduğunu bildirib.

Narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən Serj Atlaui 2005-ci ildə İndoneziyada tutulub.

“Bu qərar Fransa-İndoneziya əlaqələrinə zərbə vurur”, deyə F. Oland bildirib. Eyni zamanda, Olland Avropa Şurası Parlament Assambleyasına (AŞPA) səslənərək, verilən cəzanın Avropa Şurasının dəyərlərinə zidd olduğunu xatırladıb.

Bundan əvvəl Fransanın xarici işlər naziri Loran Fabius İndoneziyanın Parisdəki səfiri ilə Serj Atlauinin işini müzakirə etmişdi.

apa.az

Təqvim

April 2015
M T W T F S S
« Feb   May »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO