Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata əsasən dekabrın 23-də Sumqayıt şəhər sakini Cəmaləddin Surətov Lerik şəhərində yaşayan qayınanası Lalə Əliyevanın evində olarkən ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Məhsətini və qayınanasını qətlə yetirib, sonradan Perzəkücə kəndində yaşayan atası Cəbrayılın evinə gedərək orada tüfəngdən açdığı atəşlə özünü də öldürmüşdür.
Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən “Çhurçhill” (Vinçester) markalı tüfəng götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanılmışdır.
Araşdırmalar aparılır.