"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

November 2014
M T W T F S S
« Oct   Dec »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Arxiv

Partnyorlarımız

Çində azadlıqdan məhrum edilmiş şəxs həbsxanada sevdiyi qızla evləndi


Çinin QQ xəbər agentliyinin verdiyi məlumata əsasən narkotik alveri ilə məşğul olduğuna görə həbs olunan məhkum Siçuan əyalətində yerləşən Dazhou həbsxanasında evlənib. Vang Zhi əslən Siçuan əyalətinin Lingshui qraflığındandır. İlk həyat yoldaşından ayrıldıqdan sonra oğlu ilə birlikdə Ganshuya gəlmiş, elə burada da indiki xanımı Qinq Qinqə aşiq olmuşdur.
Vang buraya gəldikdən sonra özünü təzyiq altında hiss etmiş və pul qazanmaq üçün nakotik alverinə əl atmışdır. Nəticədə isə Vang 7 il 6 ay azadlıqdan məhrum edildi.
Qinq Qinq hər ay həbsxanaya onun ziyarətinə gedirdi. O, Vang üçün ailəsinə belə qarşı çıxmışdı, amma Vang onu gözləməsini istəmirdi. Qinq Qinq isə öz sevgisindən əl çəkmədi və Vanga çoxlu məktublar yazmağa başladı.
Vang həbsxana nəzarətçilərinin təkidi ilə sevgilisinə evlilik təklifi etdi və həbsxanada da evləndilər. Həbsxana heyəti cütlük üçün toy mərasimi təşkil etdilər.
Vang deyir ki, o, azadlığa çıxdıqdan sonra xanımına yaxşı baxmaq və ailə məsuliyyəti daşımaq istəyir.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO