"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Roma Papası Fransisk insan ləyaqətini alçaltdığına görə həbsxanaları tənqid etdi


Papa Fransisk ötən həftə çıxışı zamanı özünü cinayət sisteminin islahatçısı adlandırırb. Onun sözlərinə görə , o , həbsxanalarda baş verən zorakılıqlardan xəbərdardır və bu halı şiddətlə pisləyir. Cinayət Qanunları üzrə Beynəlxalq Assosasiyanın nümayəndələri ilə görüşündə Papa deyib : “Bütün xristianlar və xoşməramlı insanlar təkcə ölüm cəzasının ləğvi uğrunda mübarizə aparmamalı, həm də azadlıqdan məhrum edilmiş şəxslərin ləyaqətinə hörmət baxımından həbsxanalardakı şəraiti inkişaf etdirməlidir.”
II John Paul da daxil olmaqla keçmiş Papalar ölüm cəzasının birbaşa əleyhdarı olmuşlar. Amma Fransisk biraz da irəliyə gedərək ömürlük həbs cəzasını pisləmiş və demişdir : “ömürlük cəza gizli ölüm cəzasıdır.”
Papa uşaqların həbs olunmasını, yaşlı məhkumlara qarşı zorakı davranışlar və özünün adlandırdığı gizli və qeyri-qanuni cəzanın qadağan olunmasını tələb edib. O, dünyanın müxtəlif yerlərində olan acınacaqlı həbsxana şəraitini pisləyib və onu “azadlıqdan məhrum edilmiş insanlara qarşı zülmkar gücün tətbiqi” adlandırıb.
Fransisk xüsusi rejimli cəzaçəkmə müəssisələrinə xüsusi diqqət ayırıb. Papanın bu məsələ ilə bağlı çıxışı tam şəkildə aşağıda verilmişdir:

Bəzən xüsusi rejimli həbsxanalarda işgəncələr tətbiq olunur. Müəyyən kateqoriyalı məhkumlar üçün xüsusi müalicə tədbirləri və cəmiyyətə qarşı tətbiq edilən xüsusi təhlükəsizlik tədbirləri bu işgəncənin bir növüdür. Müxtəlif insan haqqları orqanlarının həyata keçirdiyi araşdırmalarda da göründüyü kimi azadlıqdan məhrum edilmiş şəxslərlə əlaqələrin qurulmaması və onlara qarşı həssas davranmamaq depresiya, çəkinin azalması və intihar kimi fiziki və mənəvi narahtlıqların yaranmasına səbəb olur.
Fiziki və əqli işgəncə formları xüsusi rejimli həbsxanalarla yanaşı digər növ cəzaçəkmə müəssisələrində də baş verir. Bu işgəncələr milli təhlükəsizlik adı altında həyata keçirilir.Papa , həmçinin həbsxanaları cəmiyyətin xəstəliklərinin dərmanı hesab etməyin də əleyhinədir. “ Son illərdə cinayət halları getdikcə artır və mənə elə gəlir ki, ictimai cəza vasitəsilə müxtəlif ictimai problemlərin həlli mümkündür, necə ki, müxtəlif xəstəlikləri eyni dərmanla sağaltmaq olar,” deyə o bildirib. Sonda o əlavə edib ki, cəzaların tətbiqi məhkəmə sisteminin prinsiplərinə uyğun olmalıdır və dövlətlər insan ləyaqətinə hörmət etməyi unutmamalıdır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO