"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Penitensiar xidmətdə əməliyyat müşavirəsi keçirilib


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən 29.10.2014-cü il tarıxdə Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə saxlanılan şəxslərin əməyə cəlb olunmasının vəziyyətinə və istifadədə olan nəqliyyat vasitələrinin istismar qaydalarına riayət edilməsinə həsr olunmuş müşavirə keçirilib.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər.
Müzakirə olunan məsələlərlə bağlı xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO