"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Həbsxana yoxsa 5 ulduzlu otel?


Mən ilk dəfə burada olarkən biraz tərəddüd yaşadım. Mən artıq içəri daxil olanda çox təəccübləndim. Həbsxana sanki geniş çəmənlikləri, təbii bitkiləri və kiçik şəlaləsi olan tətil düşərgəsini xatırladırdı. İslah mərkəzində gəzdikcə insan özünü tamamilə başqa aləmdə hiss edirdi.
İslah Mərkəzinin direktoru Paul Manning deyir ki, buradaki məhkumlar öz həbsxanasının simvoluna uyğun rənglərdə formalar geyinir və biz gəzinti zamanı narıncı, boz və mavi rəngli formalarla rastlaşdıq. Uşaqların ziyarəti üçün oyun otaqları və başqa avadanlıqlarla təchiz olunmuş görüş yerlərində gözləyən bir neçə narıncı formalı məhkum bizi salamladı.
Mənə ən təsir edən məqamlardan biri də özünəxidmət avadanlıqlarının olmasıdır. Burada məhkumların digərləri ilə müqayisədə daha sərbəst yaşaya biləcəyi evlər var.
Ev boşdur, televizor açıqdır və üç ədəd bıçaq həbsxana işçilərinin iş görməsi üçün stolun üstündədir. “Bu, tamamilə inamla əlaqəlidir,” deyə cənab Manning bildirib.
Burada üç məhkum öz davranışlarına görə fərqlənmiş və azadlığa çıxmaq üçün daha çox çalışır, bu da o deməkdir ki, onlar menyunu özləri müəyyən edir və bazarlıq, təmizlik kimi işləri özləri edirlər.
Bu həbsxana ən müasir tələbə yataqxanasını xatırladır amma bura daha təmiz və səmimidir.
Bəs bu axşamkı menyuda nələr var?
Məhkumları bugün döyülmüş ət, makaron, soğan və soyulmuş pomidordan hazırlanmış italyan üsulu yemək gözləyir.
Bizim növbəti dayanacağımız narkotik və spirtli içkidən əziyyət çəkən məhkumların yaşadığı yerdir.
Yeni Zellandiyadakı məhkumların üçdə ikisi narkotik aludəçisidir və cinayətlərin 50%-dən çoxu narkotik maddə və ya alkoqolun təsiri altında törədilib.
Bu məhkumlar adı çəkilən zərəli vərdişlərdən azad olmaq üçün üç aylıq proqramlarda iştirak edirlər. Bu proqramlara qoşulan məhbuslar digərlərindən ayrı kameralarda saxlanılır. Hal-hazırda Otago İslah Mərkəzi 450 nəfərə xidmət göstərir.
Mərkəz 2007-ci ildə açılıb və ilk dövrdə 335 məhkum üçün nəzərdə tutulmuşdu. Bir neçə il sonra cüt yataqlardan istifadə nəticəsində mərkəzin tutumu daha da genişləndi.
İslah mərkəzindəki kameralar tələbə yataqxanasından kiçik deyil, orada televizor, maqnitofon və maraqlı şəkillər var.
Bununla belə, otaqları belə təchiz edərkən onların tətilə yox, islah mərkəzinə gəldiklərini unutmamaq lazımdır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO