"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda polislər elektroşokdan istifadə edə biləcəklər


Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi halları ilə bağlı dəyişiklik edilib. Trend-in məlumatına görə, bununla bağlı parlamentin bugünkü iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırkı qanuna görə, rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: “Dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək”.

O, həmçinin qeyd edib ki, elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə.Hüseynli bildirib ki, bu, məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirməyə imklan verəcək: “Elektroşokdan istifadə etməklə şəxsi və qrupu bir neçə metrlikdən zərərsizləşdirmək mümkün olacaq. Belə bir metod dünyada mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində bundan istifadə olunur”.

Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və ondan ancaq lazımi məqamda istifadə ediləcək, hər polisə onu daşımaq imkanı verilməyəcək. Sənəddə əks olunmuş dəyişikliyə əsasən, elektroşokdan cinayətkarın insan həyatına təhlükə yaratdığı halda; kütləvi iğtişaşlar və qiyamlar zamanı; silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda; həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq istədikdə hüquq-mühafizə orqanına bu vasitədən istifadə etmək hüququ veriləcək.

Layihə müzakirələrdən sonra qəbul edilib.

http://az.trend.az/news/society/2326962.html

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO