"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ali Məhkəmənin hakiminin səlahiyyət müddəti uzadıldı


Azərbaycan Ali Məhkəməsinin hakimi Əli Rüstəmovun səlahiyyət müddəti uzadılıb. Prezident İlham Əliyevin təqdimatına əsasən, Milli Məclis Əli Məhəmməd oğlu Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə qərarı parlamentin bugünkü iclasında qəbul edib.

Qeyd edək ki, 01.10.1949-cu ildə anadan olmuş Ə.Rüstəmov 21.07.2000-ci il tarixdən Ali Məhkəmənin hakimidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə əsasən, hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə – 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

İclasda həmçinin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarda dəyişiklik edilib. Belə ki, Məmmədova Gülçöhrə Hüseyn qızı Azərbaycan-Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri seçilib.

http://az.trend.az/news/society/2326945.html

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO