"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İçərisində 4000 manat olan, qaçırılmış “Maxima” markalı avtomobil saxlanılmışdır


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata əsasən oktyabrın 23-də saat 05 radələrində Gəncə şəhərinin D.Qorqud küçəsindən Oqtay Məmmədova məxsus içərisində 4000 manat olan “Maxima” markalı avtomobil qaçırılmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobili idarə edən sürücü BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən tabeçilik göstərməyib hərəkəti davam etdirmiş və görülmüş tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində saxlanılmışdır.

Avtomobilin O.Məmmədovun oğlu Samir tərəfindən idarə edilməsi və onun sərxoş halda olması müəyyən edilmişdir.
Avtomobilə baxış zamanı 2000 manat, sənədlər, müvafiq sənədləri olan ov tüfəngi, 14 ədəd patron, 4 ədəd giliz, habelə başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanları götürülmüşdür.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO