"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İŞİD VƏ EBOLA : BİZİM ACİZLİYİMİZİ AŞKARLAYAN İKİ TƏHLÜKƏ


Onlar uzaqdan gəlmiş qaranlıq və görünməz düşmənlərdir və bizi “sadəlövcəsinə” qorxudurlar. Nə İŞİD bir terror təşkilatıdır, nə də Ebola xəstəlikdir. Amma qorxu eynidir: biri beynəlxalq, digəri isə hər kəs üçün labüddür. Hal-hazırda onların hər ikisi bir-biri ilə əlaqəli şəkildə hərəkət edirmiş kimi görünür, biri irəlilədikcə digərinin əhatə dairəsi genişlənir. Bu isə dünya əhalisini təşvişə salır.
Qərbin mərkəzinə baxdıqda oxşarlıqlar aşkardır. Hər ikisi yarandığı gündən etibarən insanlarda dəhşətli qorxu yaratdı, hər ikisinin tələffüzündə tərəddüdlər(İsis, İsil yoxsa İS?, Ee-boh-la yoxsa ebb-ola?) var və nəhayət hər ikisi bütün dünyaya yayılıb.
Hər iki halda dönüm nöqtəsi qurbanların artıq bizə yaxın məsafədə olması yox, həmin insanların bizdən biri olması idi. Belə ki, biz İslam Dövlətini yüzlərlə iraq və suriyalı döyüşçüləri qətl edərkən yox, məhz bizdən-qərbdən olan əsirləri öldürdükdə potensial təhlükə hesab etməyə başladıq. Ebola xəritədə bizim gedə biləcəyimiz Madrid və Dallas kimi yerlərə yayılana qədər Afrikanın problemi idi.
Bununla belə, ən böyük oxşarlıq ondan ibarətdir ki, onların hər ikisi insanlarda acizlik hissi yaradır. Bəşəriyyət tarixində ən çox silahlı qüvvəyə malik ölkəsi, dünyanın ən güclüsü ABŞ 5 avropalı müttəfiqləri və körfəz ölkələri ilə birlikdə İŞİD-ə qarşı havadan zərbələr endirir və hələ də bir irəliləyişə nail ola bilmir. Heç kim İŞİD üzərində qələbə qazana bilmir. Ebola ilə bağlı vəziyyət də fərqli deyil. Dünyanın ən müasir texnologiyasına sahib ABŞ Ebolaya yoluxmuş tibb bacısını müalicə etməkdə acizdir.
Hərbi strateqlər İŞİD-ə qarşı hava hücumları zamanı açıq-aşkar səhvlərin olduğunu söyləyirlər. Şübhəsiz terroristlər bütün hədəflərdən yayınmaq üçün gizlənirlər. Əgər İŞİD mülki vətəndaşlar arasınd gizlənirsə , deməli qərbin hücumları döyüşçülər yox günahsız insanların ölümü ilə nəticələnə bilər.
Anti-Ebola strategiyasındakı səhvlər göz qabağındadır. Britaniya havalimanı və Avrostar terminallarında nəzarəti gücləndirmək məqsədilə yoxlanış ekranları daha da genişləndirilmişdir. Amma səhiyyə işçiləri yüngül öskürərək yoxladılar ki, bu ekranlar ebola əlamətlərini aşkarlaya bilmir.
Ekspertlər xəbərdarlıq edir ki, bu cür tədbirlər narahtlığı artıra bilər. Daha yaxşı həll yolu Afrikaya xüsusi təlim keçmiş həkim və tibb bacıları göndərərək ebolaya qarşı yerində mübarizə aparmaqdır.
Siyasətçilər isə guya bu xəbərdarlıqları eşitmirlər. Tony Blair İngiltərənin baş naziri olarkən onun köməkçisi vəzifəsində çalışmış Jonathon Povell İŞİD barədə prezident Obamaya müraciət edib: “O bilir ki, bombalamaqdan başqa çarə yoxdur. O, müharibəni bitirmək istəyir, başlatmaq yox. O bilir ki, onun fəaliyyətləri heç bir nəticə verməyəcək. Burada məntiqi uyğunsuzluq var və özünü açıq şəkildə göstərir.”
Şübhəsiz, belə bir həqiqət var ki, liderlər həm ictimaiyyətə məlum olan , həm də üzdə olmayan problemləri həll etməlidir. Onlar bunu edərkən öz gündəliklərini baş verən cari hadisələrə uyğun yaratmalıdırlar. Bütün problemləri dərhal həll etmək mümkün deyil. Biz onların hamısını birdən həll etməyə çalışaraq səhvlərə yol veririk, nəticədə problemlər getdikcə artır. İŞİD Ebolanı, Ebola da İŞİD-i bəsləyir, bizim qorxularımız isə onların hər ikisini bəsləyir.

Jonathan Freedland

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO