"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Əsas diqqət məhkumlar arasında yayılan ruhi xəstəliklərə yönəldilib


Florida İslah Departamenti məhkumların ehtiyaclarını ödəmək və bu məqsədlə yeni proqramlar və xidmətlər yaratmaq üçün tədbirər planı hazırlamağa başlayıb. Florida İslah Departamenti əsas diqqəti son on ildə artan əqli problemləri olan məhkumlarla işləməyə yönəldib. 1996 və 2013-cü illərdə Floridada ümumi məhkum sayının 57% artdığı halda, əqli problemləri olan məhkumların sayı 153% artmışdır. Departament bununla bağlı problemi həll etmək üçün yeni proqramlar üzrində işləyir.
Bunlardan biri də intiharın qarşısının alınmasıdır. İntihar psixoloji problemləri olan məhkumlar arasında əsas narahatlıqlardan biridir. Departament islah müəssisələrində intihara qarşı qabaqlayıcı tədbirlər hazırlamaqla Amerikanın ən böyük həbsxanalarında intihar cəhdlərini minimuma endirib.
Departament məhkumları cəmiyyətə qazandırmaq üçün mümkün olan hər bir həll yolundan istifadə edir. Onların cəmiyyətə inteqrasiya olunması ölkəmizdə təkrar cinayətin azalması deməkdir. Biz yadda saxlamalıyıq ki, cəmiyyətə inteqrasiya əqli problemləri olan məhkumlar üçün daha çətin prosesdir. Ona görə də işçi heyəti azadlığa çıxana qədər məhkumların psixoloji problemlərini aradan qaldırmaq üçün Florida Ailə və Uşaq Departamenti ilə əməkdaşlığa başlayıb. Bu addım ruhi xəstəlikləri olan məhkumların təkrar cinayət törətməsinin qarşısını almaqla yanaşı , onların düzgün müalicə alaraq ictimai həyata daha asan inteqrasiya olunmasına imkan yaradacaq.
Bu proqramın həyata keçirilməsi üçün xüsusi təlim keçmiş işçi heyati mühüm rol oynayır, bu məqsədlə də onlar üçün böhrana müdaxilə təlimi keçirilib. İslah müəssisələrində çalışanlar böhrana müdaxilə təlimi vasitəsilə ruhi xəstəlik barədə biliklərə yiyələnir , bu vəziyyətlə üzləşən məhkumlarla necə davranmalı olduqlarını öyrənirlər.Təlim həmçinin, işçilərə böhrana müdaxilə və onu azaltma yollarını da öyrədir. Əqli problemləri olan məhkumlarla işləyəcək heyət əlavə olaraq ixtisaslaşmış təlimlər də keçəcək.
Florida İslah Departamentinin uğuru məhkumları-xüsusilə də ruhi xəstəlikləri olanları təhlükəsizlik və keyfiyyətli tibbi yardımla təmin etmək bacarığından asılıdır. Florida İslah Departamenti nin bu sahədə daha çox işlər görmək istəyi islahatlara müsbət dəyişikliklər yaradacaq.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO