"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Kaliforniya həbsxanaları məhkumların sayını azaltmaq istəyir amma qadınlar hələ də dəmir barmaqlıqlar arxasındadır


2011-ci ildə Kaliforniya İslah və Reabilitasiya Mərkəzi məhkumların sayını azaltmaq üçün Alternativ Həbs Proqramı (AHP) həyata keçirtdi. Proqram qısa müddətli cəzaları olan qadın məhkumların evlərinə qayıtması (elektron müşahidə vasitəsilə) , uşaqlarına qayğı göstərməsi və cəmiyyətə inteqrasiya olmasına kömək etmək üçün nəzərdə tutulub. Proqram qanun çərçivəsində hayata keçirilsə də həbsxana rəsmiləri bununla razilaşmaq istəmir.
Proqrama uyğun olaraq Cynthia adlı məhkumun işini həll etmək üçün üç dəfə müraciət edilməsinə baxmayaraq, o rədd edildi. Onun ərizəsinə baxılmaı üçün ilk növbədə onun dişləri təmiz olmalıdır.
Başqa bir qadının ərizəsi komputerdə yaranan problemə görə qəbul edilmədi: Onun dişləri yeni müalicə olunmuşdu amma rəsmilər onun da statusunu dəyişmədi.
Kaliforniya Qadın məhkumların Koalisiyasının ofisi ailələrinə qayıtmaq istəyən qadın məhkumların ərizəsi ilə doludur. Amma onların çox az hissəsinə proqramdan yararlanmaq imkanı verilir. Məktublardan birində məhkum Anna yazır: “Mən həyatda səhvlərə yol verdiyimi bilirəm amma dəyişməyə hazıram. Bəli, mən həm azadlıq , həm də məhbusluq həyatı yaşamışam amma mənim məhbusluq həyatıma yox, nə etdiklərimə və hansı proqramlarda iştirak etdiyimə baxın. “ Anna dələduzluq maddəsinə əsasən həbs olunub və proqrama müraciət etməsinə baxmayaraq azadlığa buraxılmayıb.
Qadınlar AHP vasitəsilə azadlığa çıxmamışdan əvvəl həyatları və həbsolunma səbəbləri barədə həssas suallardan ibarət müsahibəyə cəlb olunurlar. Ədliyyə Departamenti bildirir ki, qadın məhbusların təxminən yarısı fiziki və cinsi istismara, üçdə biri isə zorakılığa məruz qalıb. Nəticədə yaranan psixoloji travma onların azadlığa çıxmasına mane olur. Ən pisi də odur ki, həbsxana rəsmiləri müsahibə zamanı aşkarlanan psixoloji travma yaşayan qadınlara heç bir yardım göstərmir və onlara elə suallar verir ki, özlərini pis hiss edir, ağlayırlar. Sonda isə belə qadınların psixi problemlərinin olduğunu bəhanə edərək proqrama yararsız hesab edirlər.
Bütün bu yaşananlar Teresanın da başına gəlib. Onun bizə yazdığı məktubda deyir ki, mən müsahibədə nə olacağı barədə heç nə bilmirdim. Teresa proqramın bütün meyarlarına uyğun idi. O, içki ilə mübarizə kimi proqramlarda iştirak edib. Amma onun müsahibəsində də uşaqlığı, başına gələn zorakılıqlar barədə suallar verilib.
Bu həyat hekayələri proqrama uyğun olan 4000 qadından nə üçün cəmi 420-nin azadlığa buraxıldığını göstərir. Kaliforniya həbsxanalarında məhkum sayı getdikcə artır.
Bəs nə üçün dövlət hələ də qadınları dəmir barmaqlıqlar arasında saxlayır?
Qadınlar Amerikada ən çox artan məhkumlar sırasındadır və onların da yarıdan çoxu yüngül cinayətə görə həbs olunanlardır. Həbsxana daxilində ən çox təsirə məruz qalanlar da qadınlardır. Hesablamalara görə, azadlıqdan məhrum edilmiş qadınların 75%-nin uşağı var , bu da o deməkdir ki, onların həbs olunması ailələri üçün böyük fəlakətdir.
Kaliforniyanın acınacaqlı həbsxana sistemi haqqında siyasi müzakirələr zamanı qadın həbsxanaları həmişə arxa planda qalır. Məhkumların sayının artması bir sıra problemlərə- izolyasiya kameralarının dəfələrlə istifadəsinə, əsas sanitar normaların pozulmasına gətirib çıxarır. Amma ən ciddi problem yəqin ki, məhkumların tibbi yardımdan məhrum olmasıdır.
Kaliforniya Qadın məhkumların Koalisiyasının əsas məqsədi 20 ildir davam edən səhiyyə sistemində dəyişikliklər etməkdir. Hökumət həbsxanada zərər görmüş qadınları azadlığa buraxmaq əvəzinə ölkənin ikinci ən böyük “Həbsxanlarla Əməkdaşlıq” şirkəti ilə illik dəyəri 9 milyon dollar olan yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən dövlət həbsxanada fəaliyyət göstərən xidmətlərə nəzarəti artıracaq. Həbsxanalarla bağlı keçirilən mətbuat konfransında bildirildi ki, iş təlimləri, narkotikə qarşı mübarizə proqramı və digər fəaliyyət növləri daha da artırılacaq.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO