"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Kaliforniya İslah və Reabilitasiya Departamenti Arts Pilot layihəsi üçün 2.5 milyon dollar pul ayırıb.


Christopher Bisbano səhnəyə hoppanır və mimikalar dəyişir: o, öz sevgilisi üçün ağlayır, daha sonra tamaşaçılar gülməyə başlayanda sifətində narazı bir mimika yaranır.
O, papağını çıxararaq qışıqırır: “Səni sevirəm ,İzabel”
47 yaşlı Bisbano bu səhnədəki ən bacarıqlı aktyorlardan biridir, amma cinayətkarlıq maddəsi ilə 23 il 4 ay azadlıqdan məhrum edilib.
Kaliforniya İslah və Reabilitasiya Departamenti Arts Pilot layihəsi üçün 2.5 milyon dollar pul ayırıb. Layihəyə uyğun olaraq həbsxanalarda aktyorluq təlimləri keçirilir.Layihə sayəsində Kaliforniyanın demək olar ki, bütün həbsxanalarında məhkumlar üçün incəsənət kursları təşkil ediləcək.
Layihəyə bu qədər sərmayənin yatırılmasının əsas səbəbi Kaliforniyada artıq üçüncü ildir ki, məhkumların sayının görülməmiş dərəcədə artmasıdır. Keçən il həbsxanalarda həyata keçirilən layihələr üçün ayrılan büdcə 20 milyondan bir qədər çox idi.
Layihə rəhbərləri qeyd edir ki, incəsənətlə bağlı proqramlar artıq 70 faizə çatmış təkrar cinayətlə mübarizədə əhəmiyyətli rol oynayacaq.
Tənqidçilər bildirir ki, dövlət belə layihələr bu qədər pul ayırmaq əvəzinə həbsxanada islahatlar apararaq məhkumlara kömək etməlidir.
“Dövlət onlara necə iş tapmağı, cəmiyyətə necə inteqrasiya olmağı öyrətməlidir,” deyə Kaliforniya Cinayət qurbanları üzrə Birliyin sədri Harriet Salarno qeyd edib.
1980-ci illərdə həbsxana rəsmilərinin apardığı araşdrımalar göstərir ki, belə təlimlərdə iştirak etdən məhkumların 27 faizi təkrar cinayət törətməyib.
İncəsənətlə bağlı layihələr həyata keçirən təşkilatlar təsdiqləyib ki, hal-hazırda həmin nəticəni göstərəcək hər hansi bir araşdırma mövcud deyil. Amma onlar belə kurslarda iştirak edən məhkumların davranış problemlərinin yaxşılaşdığını, özgüvənin artdığını bildiriblər.
“Bu sadəcə üzünü rəngləmək və kostyum geyinmək demək deyil. Onlar müəyyən vəziyyətlərdə nə fikirləşmək, necə davranmağı öyrənirlər. Biz daha çox yaradıcı təsirə malik proqramlar axtarırıq,” deyə həbsxana nümayəndəsi Kristina Khokhobashvili qeyd edib.
Jack Bovers 25 ildir ki, Soledad həbsxanasında keçirilən layihələr üçün aktyorlarla əməkdaşlıq edərək onları layihələrə dəvət edir.
“ Mən fikirləşirəm ki, belə layihələr çox faydalıdır. Əsas problem sərt sosial quruluşun mövcud olmasıdır, məsələn incəsənətə təkcə həbsxanada yox, cəmiyyətdə də dəyər verilmir,” deyə Bovers qeyd edib.
Bu yaxınlarda Kaliforniya Reabilitasiya mərkəzində keçirilən tamaşada 16 məhbus öz improvizasiya məharətlərini göstərib. Məhbuslar 8 həftəlik kurslarda iştirak etməklə bu tamaşanı hazırlayıb.
Bu proqram 2006-cı ildən bəri məhbuslarla işləyir və hələ 200 məhbus proqrama qoşulmağı gözləyir, ona görə də proqram bu il və gələn il daha çox həbsxanada həyata keçiriləcək.
Soyuq silahla birini ağır yaralamaqda təqsirləndirilən Bisbano belə kurslarda dəfələrlə iştirak edib.
O , çox sevinir ki, həbsxana fəaliyyət klubuna qoşulub və başqa məhbuslara təlim keçir. Onun qrupu 3 ayrı tamaşa ilə çıxış edib və bu qış dördüncü tamaşaları olacaq.
“Bu proqram mənə özünə hörmət etməyi öyrətdi,” deyə Bisbano bildirib.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO