"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

Cəzaçəkmə müəssisələrində həyata keçirilən 10 ən yaxşı layihə


Uzun illərdir məhkumlar üçün yeganə reabilitasiya və dəstək forması ağır əmək və sərt həbsxana rəhbərləri idi. Artıq, həbsxanalar qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, təhsil proqramları və reabilitasiya xidmətlərindən geniş şəkildə faydalanırlar. Aşağıda 10 ən yaxşı həbsxana proqramları barədə məlumatlar qeyd olunub:
1.Prisoner’s Reading Encouragement Project: Prisoner’s Reading Encouragement Project (PREP) məhkumların diqqətini elmə və təhsilə cəlb etmək üçün çalışan qeyri-hökumət təşkilatıdır. 11 illik proqramın əsas məqsədi islah müəssisələrinin təhsillə bağlı ehtiyacları haqqında ictimaiyyəti məlumatlandırmaq və məhkumların təhsili üçün təqaüd proqramı yaratmaqdır. PREP cəzaçəkmə müəssisələrindəki kitabxanalar və kurslarda iştirak edən məhkumlar üçün yeni və az istifadə olunmuş kitablar, videoyazılar, jurnallar toplayır. Bu proqram sayəsində Nyu-Yorkda yerləşən 23 həbsxanaya 55000-dən çox kitab gətirlimişdir.
2.Just Detention İnternational: Just Detention İnternational(JDİ) qeyri-hökumət təşkilatının əsas vəzifəsi həbsxanalarda həm qadın , həm də kişi məhkumların cinsi istismara məruz qalmasına qarşı mübarizə aparmaqdır. Los Angelesdə yerləşən təşkilat 1980-ci ildən bəri bu problemim qarşısını almaq üçün siyasətçi, hüquqşünas və islah müəssisələrinin rəhbərləri ilə əməkdaşlıq edirlər. JDİ , həmçinin , həbsxanalarda baş verən cinsi zorakılıq barədə cəmiyyəti maarifləndirir və hazırki sistemin məhkumları nə üçün qoruya bilmədikləri haqqında məlumat verir.
3.Human Kindness Foundation: Human Kindness Foundation təşkilatı məhkumları gələcəyə doğru ruhlandıran Prison-Ashram layihəsini hazırlayıb. Şimali Karolinada həyata keçirilən layihənin əsas məqsədi məhkumları və həbsxana işçilərini öz haqqlarını tanımaq və məqsədyönlü olmağa həvəsləndirmək və buna uyğun davranmağı öyrətməkdir. Proqram ,həmçini, məhkumların cəmiyyətdə hansı məsuliyyətlərinin olduqlarını və başqalarına qarşı davranışları haqqında onları maarifləndirirlər.
4.Fortune Society: Fortune Society qeyri-hökumət təşkilatının cəzaçəkmədən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək və təkrar cinayətin qarşısını almaq üçün əlavə seçimlər təklif etməkdən ibarətdir. Fortune Society həbsdə olan və azadlığa çıxmış şəxslərə təhsil, məşğulluq, ailə və səhiyyə xidmətləri, yaşayış yerlərilə təmin olunma, narkotik maddə ilə mübarizə və bir çox vacib reabilitasiya xidmətlərindən yararlanmaları üçün kömək edir. Bu proqram Nyu-Yorkda təxminən 3000 şəxsə xidmət göstərir.
5.Prison Fellowship: Prison Fellowship təşkilatı məhkumların dini biliklərini artırmaq və xristianlıqla əlaqələrini möhkəmləndirmək üçün layihələr hazırlayıb. Bu məqsədlə də təşkilat indiki və keçmiş məhbuslara və onların ailələrinə kömək etmək üçün yerli kilsələrlə əlaqə saxlayırlar.Bu proqram məhbuslara ailələri, dostları və cəmiyyətlə əlaqələrin güclənməsinə kömək edir.
6.Prison S.M.A.R.T. : Prison S.M.A.R.T. İnsan Dəyərləri üzrə Beynəlxalq Assosasiya tərəfindən maliyyələşdirilən proqramdır və onun əsas məqsədi reabilitasiya təlimləri vasitəsilə məhbuslar və həbsxana işçilərinin həyatını yaxşılaşdırmaqdır. Bu proqramda iştirak edənlər stresi azaltmaq, travmanı sağaltmaq və mənfi enerjini uzaqlaşdırmağın yollarını öyrənəcək və nəticədə onlar daha sağlam həyat yaşayacaq, insanlara müsbət münasibətlə yanaşacaqlar. Proqramda 350000-dən çox məhkum iştirak edib və onların əksəriyyəti proqram sayəsində zorakı davranışlarını azaltmış, özgüvənini artırmış və yuxusuzluq problemini həll etmişdir.
7.National Center on İnstitutions and Alternatives: NCİA həm məhkumlara , həm də ədliyyə sistemində çalışan insanlara bir çox mövzuda məsləhət proqramları həyata keçirirdi. Təşkilat həbsxanlarda islahatların keçirilməsi, o cümlədən gənc məhkumların yaşayış yerləri ilə təmin olunması kimi məsələlərə də diqqət ayırıb.
8.Pathway to Hope-Prison Dog Project: Pathway to Hope-Prison Dog layihəsi məhkumlara güclü dostluq əlaqələri yaratmaq üçün insanın ən yaxın dostu itlərlə işləmək imkanı yaradır. Məhkumlar başqa varlıqların qayğısına qalmağı, onlara sevgi göstərməyi öyrənirlər. Bu layihənin məhbuslar üzərindəki təsiri çox böyükdür, belə ki, keçmiş məhbuslar heyvanların müdafiəsi ilə bağlı təlimlərdə iştirak edir, atılmış heyvanlara sahib çıxırlar.
9.The Petey Greene Prison Assistance Program: Nyu Cersi şəhər həbsxanalarında həyata keçirilən bu proqramın məqsədi məhbuslarda yazı və oxu vərdişləri yaratmaq, onların riyazi biliklərini artırmaqdır. Layihədə iştirak edən könüllü müəllimlər məhbusların maraqları və ehtiyaclarına uyğun olaraq fəaliyyət göstərir.
10.İnsight Prison Project: İnsight Prison Project reabilitasiya proqramıdır və əsas qayəsi təkrar cinayətin qarşısını almaq və daha təhlükəsiz cəmiyyət yaratmaqdır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Layihələr

Xəbərlər

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO