"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

İdman- məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyası üçün bir vasitədir


Məhbusların azadlığa çıxdıqdan sonra üzləşdiyi problemlər hamıya məlumdur: sosial əlaqələrin azalması, ailə üzvləri ilə münasibətlərin itməsi, məşğulluq problemlərinin yaranması.
İdman onları gələcəyə doğru ruhlandırmaq və üzləşdiyi problemlərin öhdəsindən gəlmək üçün səmərəli vasitə ola bilər. O məhkumların həyatda yenilikçi olmağı, onların yeni sosial əlaqələr qurması və həyata daha pozitiv yanaşması üçün bir vasitədir.
Hal-hazırda həbsxanalarda bir çox idman proqramları mövcuddur. Birləşmiş Krallıqda Vormwood Scrubs həbsxanası reqbi proqramını həyata keçirir və qeyd edir ki, idman nizam-intizam və hörmətin yaranması üçün ən səmərəli vasitələrdən biridir.
Bu proqramın yaradıcısı: “Oyunçular hakimi Cənab deyə çağırır, bir-birlərini alqışlayırlar. Nəticədə , onlar öyrəndiklərini idmandan kənar sahələrə də tətbiq edirlər.”
Etik normalar, ədalətli oyun, həmrəylik, bütövlük, bir-birinə qarşı hörmət-bütün bunlar idman vasitəsilə öyrənilir və məhkumların cəmiyyətə inteqrasiyasında böyük rol oynayır. Fitness sahəsində təlimlərin həyata keçirilməsi bəzi məhkumlara azadlığa çıxdıqdan sonra iş imkanları yarada bilər.
İdman insanları bir araya gətirmək və birlik hissi yaratmaqla yanaşı, fərqli mədəniyyətə sahib olanlar arasında tamailə əks təsir də göstərə bilər. Bu sahədəki proqramlar fərqli mədəniyyətə sahib olan insanlar arasında düzgün əlaqələr qurmaqla çox diqqətli şəkildə hazırlanmalıdır.
Avropa Komissiyasının dəstyi ilə həyata keçirilən “Məhbuslar Hərəkətdə” adlı layihəsi bu sahədə bir çox suala cavab verir. 2011-ci ildə layihə məhkumların təhsili və sosial inteqrasiyasında idmanın rolunu araşdırmış və idman, həbsxana və ictimai sahədə fəaliyyət göstərən ekspertləri bir araya gətirmişdir. Layihənin əsas məqsədi həbsxanalarda daha çox idman proqramları həyata keçirmək üçün Avropa şəbəkəsi yaratmaqdır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO