"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Arxiv

Partnyorlarımız

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Katolik kilsəsinin ruhanisi ilə görüş keçirib


“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi “Müqəddəs Məryəm” xristian-katolik kilsəsinin ruhanisi Vladimir Ata ilə görüş keçirmişdir.
Görüş zamanı tərəflər, dünyada və xüsusilə də Yaxın və Orta Şərq, Qafqaz regionunda mövcud olan dini vəziyyət, radikalizm, terrorizm problemləri və azadlıqdan məhrumetmə yerlərində məhkumların dini etiqad, ibadət azadlıqlarının təmini məsələləri haqqında geniş müzakirələr aparılıb.
Müzakirələrin əsas mövzusu həbsxana ruhaniləri, din xadimləri – “kapellan” institutu ilə bağlı olmuşdur. Qeyd olunmuşdur ki, həbsxanalarda dini təhsilin keyfiyyətinin artırılması, dini ekstremizmin qarşısının alınmasında həbsxana kapellanlarının xüsusi rolu vardır. Azərbaycan həbsxanalarında bu institutun hələki tətbiq edilməməsi bu sahədə mövcud problemlərin yaranmasına səbəb olur. Söhbət zamanı bu sahədə avropa təcrübəsinin öyrənilməsi zərurəti də vurğulanmşdır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO