"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Rusiyada Qadın Məhbuslar

Yetkinlik yaşına çatmış qadın məhkumlar ümumi və ciddi rejimli olmaqla qəsəbə tipli islah müəssisələrinə göndərilir, bəzən məhkəmə qərarı ilə onlar cəzaçəkmə müəssisələrinə göndərilir. Yetkinlik yaşına çatmış qadın məhkumlar üçün 32 koloniya mövcuddur. 1997-ci ilin sonlarında məhkumların sayı 38800-ə çatmışdı. Bu koloniyalardan ikisi ciddi rejimli , digər 30-u isə ümumi rejimlidir. Ölkədə iki kameradan ibarət yalnız bir qapalı tipli həbsxana var: onlardan biri ümumi rejimli , digəri isə ciddi rejimli koloniyalardan gətirilən məhkumlar üçün nəzərdə tutulub. 32 qadın həbsxanasından 10-u “Ana və uşaq evləri” adlanır, burada 3 yaşa qədər körpələrin anası ilə qalmasına icazə verilir.
3 koloniya 18 yaşdan aşağı qadınlar üçün nəzərdə tutulub. Buradakı məhkumların sayı 1262-ə bərabərdir.
Bu müəssisələrin sayı kifayət qədər deyil çünki azadlıqdan məhrum edilmiş qadınların evlərinə yaxın koloniyalarda yerləşdirilə bilməz. Bu daha çox 18 yaşından aşağı qadınlara aiddir , beləki, bütün Rusiya ərazisində cəmi 3 müəssisə mövcuddur. Böyük şəhərlərdəki əyalətlərdə kiçik həbsxanaların yaradılması daha məqsədəuyğun olardı.
Azadlıqdan məhrum edilmiş qadınların orta yaş həddi 36 yaşdır. Qadın məhkumların 53.%-i həbsdə olduğu müddətdə evlidir. Məhkumluq dövründə qadınların 54.2%-i boşanmış, 2.7%-i evlənmişdir.
Son 10 il ərzində uzun müddətli həbs olunan qadınların sayı artmışdır. Rusiyalı tədqiqatçılar uzun müddətli həbslərin qadınlara təsirini araşdırmış və belə nəticəyə gəlmişlər ki, cəzaçəkmə müəssisələri onları islah etmək əvəzinə daha da korlamışdı. Uzun müddətli həbslər qadınların şəxsiyyətini tapdalayır, məhkəmələr isə cəzası ictimai təhlükə yaratmadığı halda qadınlara həbs cəzası vermir. Bu o deməkdir ki, əgər cəza müddəti bir ildən azdırsa , qadın azadlığa buraxılır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO