"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Yaşlı məhbuslar Florida həbsxanaları üçün problemdirmi? Yeni hesabata görə Bəli


Floridada məhbusların təxminən 20%-i yaşlılardır. Yeni hesabatın xəbərdarlığına görə ştatda yaşlı məhbusların sayı dayanmadan artır, rəsmilər Florida büdcəsinə dəyən zərərin qarşısını almaq üçün fəaliyyətə keçib.
Florida İslah müəssisəsi 50 yaşdan yuxarı olanları yaşlı məhbus kimi səciyyələndirir. Florida Vergiyə Nəzarət təşkilatının hesabatına əsasən, yaşlı məhkumların tibbi xərcləri orta hesabla ildə 11000 dollar təşkil edir ki, bu da cavan məhbusların xərclərindən dörd dəfə çoxdur.
“Əlbəttə 20000-i 50 yaşdan yuxarı olmaqla 102000-dən çox məhbusu olan həbsxanalarda Florida əhalisi üçün təhlükə yaratmayanlar da var, amma onları saxlamaq müəyyən xərc tələb edir,” deyə Vergiyə Nəzarət təşkilatının Tədqiqat şöbəsinin rəsmisi Robert Weissert bildirib.
Weissert qeyd edir ki, növbəti dörd il ərzində yaşlı məhbusların sayı 30000-ə qədər artacaq və bu artım dövlət büdcəsinə mənfi təsir göstərəcək. Elə buna görə də nəzarət qrupu dövlət rəsmilərinə məsləhət görür ki, yüngül cinayətə görə həbs olunan şəxslər əfv edilsin və ya daha erkən azadlığa buraxılsın.
“Floridada Cinayətkarlara Baxış üzrə Nümayəndə(keçmiş adı :Parol Komissiyası) vasitəsilə şərti tibbi azadlığa buraxılma ilə bağlı yeni sistem yaradılıb,” deyə o əlavə edib. “Əgər biz ictimai təhlükəsizliyi təmin etmək məqsədilə mövcud proqramları inkişaf etdirmək imkanlarını dəyərləndirsək, onda cəmiyyətimizin təhlükəsizliyini daha da artıracaq ictimai təhlükəsizlik resurslarına daha çox pul ayıra bilərik.”
Bu ilin iyun ayında həbs olunanlar arasına 1000-dən çox məhbusun 70 yaşı , ikisinin isə 92 yaşı var.
“Floridanın Yaşlı Məhbus Problemi” hesabatında göstərilir ki, yaşlı məhbusların sayının artması qanunda bəzi dəyişikliklərın edilməsinə gətirib çıxarda bilər.
“Bu elə bir məsələdir ki, qanunverici orqanlar özləri də bununla bağlı dövlətə müraciət etməlidir,” deyə Weissert bildirib. “İslah Müəssisəsi və Cinayətkarlara Baxış üzrə Komissiya artıq bu məsələləri nəzərdən keçirməyə başlayıb. Belə ki, vergi ödəyicilərinə faydalı olacaq bir sıra tədbirlər həyata keçirtmək üçün qanunverici orqanların bir sıra dəyişikliklər etməsi tələb olunub və bu məsələ 2015-ci ilə qədər nəzərdən keçiriləcək.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO