"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvləri ilə Ədliyyə Nazirliyində görüş keçirilib.


Ədliyyə Nazirliyinin rəsmi saytında verilən məlumata əsasən Vyetnam Milli Assambleyasının Hüquq komitəsinin üzvləri ilə Ədliyyə Nazirliyində görüş keçirilib. Görüşdə Azərbaycan və Vyetnam arasında mövcud dostluq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib, dövlət başçısı cənab İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyi xüsusi vurğulanaraq bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Nazir müavini Toğrul Musayev ölkə başçısının rəhbərliyi ilə aparılan köklü məhkəmə-hüquq islahatları, o cümlədən ədliyyə sisteminin inkişafı, qanunyaradıcı fəaliyyətdə Nazirliyin funksiyaları barədə məlumat verib, hüquqi sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Ölkələrimiz arasında tarixi köklərə bağlı əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirən qonaqlar vyetnamlı yüksək mütəxəssislərin hazırlanmasında Azərbaycanın töhfəsini xüsusi vurğulayıblar. Vaxtilə Bakıda ali hüquq təhsili alan Vyetnam Milli Assambleyasının komitə sədri Fan Trunq Li səfər zamanı Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən, əldə etdiyi nailiyyətlərdən heyran qaldığını bildirib, xalqımızın yüksək və səmimi qonaqpərvərliyinin dəyişməz olduğunu vurğulayıb.

Söhbət zamanı ədliyyə fəaliyyəti ilə bağlı faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO