"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Təkrar cinayətin qarşısını almaq üçün keçmiş məhbuslara nece dəstək olmaq lazımdır?


Avstraliya məhkəmələrində təqsirləndirilən insanların sayı günbəgün artır. Ölkə səviyyəsində həbsxana əhalisinin sayı hər il 9 faiz artır, hətta keçən il ilk dəfə olaraq 30.000 məhbus azadlığa buraxılıb.
Nəticədə ölkədəki həbsxana sistemi böhran vəziyyətinə düşüb. Həbsxandakı insanların sayı görünməmiş dərəcədə artır, səhiyyə və reabilitasiya xidmətləri nəzarəti ələ ala bilmir, hətta Viktoriyada Port Phillip Həbsxanasının(ölkənin ən böyük həbsxanası) işçi heyəti tətil elan edib.
Hökumətin açıqlamasına görə, daha uzun müddətli cəzalar və daha ciddi həbsxana rejimi kimi cinayətə qarşı sərt tədbirlər hamımızın yaşamaq istədiyi daha təhlükəsiz cəmiyyət yaratmağa xidmət edir. Onlar hesab edir ki, belə tədbirlərin həyata keçirilməsi çox baha başa gəlir, belə ki, təkcə Viktoriyada dövlət büdcəsindən həbsxanalara 454 milyon dollar pul ayrılıb.
Xərclər artdıqca vəziyyət çıxılmaz hal alır. Bütün ölkədə məhkumların 58 faizi əvvəllər məhkum olunmuş şəxslərdir. Bu isə onu göstərir ki, dövətin tətbiq etdiyi sistem təkrar cinayətin qarşısını ala bilmir.
Araşdırmalar göstərir ki, məhkumların təxminən yarısı (46%) məişət zorakılığına görə həbs olunanlardır. Biz, həmçinin, bilirik ki, yeni həbs olunmuş insanlar azadlığa çıxdıqdan sonra cəmiyyətə adabtasiya olacaq. Ortalama həbs cəzasının 21 ay olduğunu nəzərə alsaq , həbsdə olan insanların əksəriyyəti iki il ərzində azadlığa buraxılacaq.
Bu ilin əvvəlində verilən hesabatda göstərilir ki, 2012-2013-cü illərdə Viktoriya həbsxanalarından ümumilikdə 6600 məhkum azadlığa buraxılıb. Tarix və sübutlar göstərir ki, bu insanların çoxu yenidən cinayət törədəcək və həbsxanaya qayıdacaq ki, bu da həbsxana sistemi və büdcəsinə əlavə yük deməkdir.
Aydındır ki, artan həbsxana xərcləri və məhkum sayı baxımından təkrar cinayət məsələsi çox ciddi problemdir. Əgər biz təkrar cinayət törədən və həbsxanaya qayıdan insanların sayını azaltsaq, məhkəmə sistemindəki gərginliyi azalda bilər və ən əsası cinayətlərin sayının azalmasına töhvə verə bilərik.
Jesuit Sosial Xidmətlərin bu yaxınlarda apardığı araşdırmalara görə təkrar cinayətlərin 15 faiz azalması Viktoriya məhkəmə sisteminin illik xərclərinin 15.2 və 23.4 milyon dollar ixtisara gətirib çıxartdı. Yeni Cənubi Uelsdə yerləşən Cinayət Statistikası və Tədqiqatı Bürosunun əvvəlki hesabatlarında qeyd olunur ki, təkrar həbslərin 15 faiz azalması ölkənin 46 milyon dollar qənaət etməsi deməkdir. Deməli, təkrar cinayətlərin azalması həm həbsxanadakı insanların sayının azalması , həm də yüksək məbləğdə qənaətə səbəb ola bilər.
Bununla belə , biz təkrar cinayətlə mübarizə yollarını tapmaq üçün məhkəmə sistemindəki insanların çatışmazlıqlarını aşkarlamalıyıq. Məsələn, 43 fazi məhkum azadlığa çıxdıqdan sonra evsizliklə üzləşir, 40 faiz məhkumum yaxınları məhbusluq həyatı yaşayır, 55 faiz məhkum un isə narlotik və ya içki problemi var. Cəmi 6 faiz kişi və 14 faiz qadın məhkum təhsilini davam etdirir. Bu çatışmazlıq kiçik cəmiyyətlərdə adi hala çevrilib. Məhkumların azadlığa çıxdıqdan sonra təhlükəsiz mənzil, fiziki və əqli xəstəlik, işsizlik, narkotik və içki aludəçiliyi, ailə zorakılığı kimi problemlərləüzləşməilə yanaşı, gənc qadınlar və yerli avstraliyalılar başqa problemlərlə də üzləşir. Keçən on il ərzində Avstraliya həbsxanalarında aborigenləin sayı 75, qadınları sayı isə 47 faiz artmışdır. Bu insanların cəmiyyətə qayıtmaq üçün daha yaxşı dəstəyə ehtiyacı var.
Məhkumlara dəstəyin zəifliyi olması , ona yüksək səviyyədə ehtiyacın olması barədəki sübutlarla yanaşı , cinayətkarlıqla bağlı ədliyyə sisteminin əsas qayəsi həbsxanaların artmasına səbəb olan “cinayətə qarşı sərt tədbirlər” adlı planı həyata keçırtməkdir.
Viktoriyada təxminən 6600 azadlığa çıxmış məhkumdan cəmi 695-ə müvəqqəti dəstək olmaq üçün hər il 900 milyon dollarlıq İslah Büdcəsindən 3.5 milyon dollar xərcləndiyi halda, Yeni Cənubi Uelsdə İctimai İslah Mərkəzi azadlığa çıxmış insanlara uzun müddətli dəstəklə təmin etmək üçün öz büdcəsindən müəyyən məbləğdə vəsait xərcləyir. Biz təkrar cinayəti azaltmaq üçün bəzi əsas sahələri araşdırmışıq. Bunlara hal-hazırda təklif olunan məhdud müddətli dəstəyin əksinə daha uzun müddətli və tam dəstək daxildir.
Biz Viktoriyalı Ombudsmanın məhkumlara yararlı olan rehabilitasiya proqramlarının araşdırılması ilə bağlı fikirlərini dəstəkləyirik . Bu , gələcəyə doğru müsbət addım olsa da , gediləcək hələ uzun yol var. Nəticə etibarilə, məhkumların cəmiyyətə qaytarılmasına yönəlmiş istənilən yanaşma onların sistemə daxil olduğu andan başlayır. Getdikcə artan həbsxanalar öz təhlükəsizliyini itirir və məhkumları gələcəkdə daha məhsuldar həyata hazırlayarkən müvəfəqiyyətsizliklə üzləşirlər.
Bütün bunlarla yanaşı, təhsil və təlimlər çox önəmlidir. Araşdırmalara görə , həbsdə olan insanların cəmi üçdə biri təlimlərdə iştirak edir. Bu , qəbuledilməz nəticədir. Təhsil, təlim və işin insanların daha məhsuldar yaşamalarındakı rolu nəzərə alsaq , bura ayrılan sərmayənin cəmiyyətimizin təhlükəsizliyinə ayrılmış vacib sərmayə kimi anlaşılmalıdır.
Əgər biz həbsxana sistemindəki təzyiqi azaltmaq istəyiriksə, ilk növbədə təkrar cinayət törədən məhkumlarla işləməyə başlamalıyıq.

The Guardian

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO