"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

“Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmişdir


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata əsasən oktyabrın 10-da saat 05 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olmuşdur.
Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”-a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmşdir.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO