"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bakı İstintaq Təcridxanasına əl çantasının içərisində gizlədilmiş telefon keçirmək cəhdlərinin qarşısı alınıb


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Adil oğlu Abdullayevin yanına qısamüddətli görüşə gəlmiş anası Bakı şəhəri, Qədirli küçəsi, ev 110 ünvanında qeydiyyatda olan vətəndaş İradə Böyükağa qızı Abdullayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.1 maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Zaur Tapdıq oğlu Paşayevin yanına qısamüddətli görüşə gəlmiş anası Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 12, mənzil 34 ünvanında qeydiyyatda olan vətəndaş Rahilə Əmikişi qızı Paşayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Cordless Phone” markalı telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO