"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda cinayət törədilməsinə görə həbsdə saxlama müddətləri artırılır


Azərbaycanda az ağır, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətləri, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddətləri, eləcə də cinayət işi üzrə ibtidai istintaqın müddətlərini artırır.
Milli Məclisdən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (CPM) bir sıra dəyişikliklər edilməsi nəzərdə tutulur.
CPM-in 158.1-ci maddəsinə ediləcək dəyişikliyə görə, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müdddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 (iki) ay həddində, az ağır cinayət törədilməsinə görə 3 (üç) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 4 (dörd) ay həddində müəyyən ediləcək.
Mövcud qanunvericiliyə görə, bu müddət az ağır cinayət törədilməsinə görə 2 (iki) ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə isə 3 (üç) ay həddində müəyyən edilir.
CPM-in 159.7-ci maddəsinə ediləcək dəyişikliyə görə, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq az ağır cinayətlər üzrə 7 (yeddi) ay, ağır cinayətlər üzrə 10 (on) ay, xüsusilə ağır cinayətlər üzrə 13 (on üç) aydan artıq ola bilməz.
Mövcud qanunvericiliyə görə isə cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq az ağır cinayətlər üzrə 6 (altı) ay, ağır cinayətlər üzrə 9 (doqquz) ay, xüsusilə ağır cinayətlər üzrə 12 (on iki) aydan artıq ola bilməz.
CPM-in 218.10-cu maddəsinə ediləcək dəyişikliyə görə, bu Məcəlllənin 218.3-218.9-cu müddəalarına riayət etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda az ağır cinayətin törədilməsində ittiham üzrə – 10 (on) aydan, ağır cinayətin törədilməsində ittiham üzrə – 13 (on üç) aydan, xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə – 19 (on doqquz) aydan çox olmayan müddətlər daxilində qurtarmalıdır.
Mövcud qanunvericiliyə görə, göstərilən cinayət işləri üzrə ibtidai istintaq az ağır cinayətin törədilməsində ittiham üzrə – 9 (on) aydan, ağır cinayətin törədilməsində ittiham üzrə – 12 (on iki) aydan, xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə – 18 (on səkkiz) aydan çox olmayan müddətlər daxilində qurtarmalıdır.

http://az.trend.az/news/society/2320290.html

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO