"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Ədliyyə Nazirliyində ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri ilə görüş keçirilib


Ədliyyə Nazirliyinin rəsmi saytında verilən məlumata əsasən ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikası Ali Məhkəməsinin Konstitusiya Palatasının sədri Mukambet Kasımaliyevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşüb.

Azərbaycan və Qırğızıstanın dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlardan, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemindəki yeniliklərdən danışıb, əlaqələrimizin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu bildirib.

Qardaş xalqlarımız arasındakı münasibətlərin inkişafını vurğulayan M.Kasımaliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu əlaqələrə töhfəsini qeyd edib, respublikamızın dinamik tərəqqisindən heyran qaldıqlarını vurğulayıb. Ölkəmizin hüquqi sahədə nailiyyətlərini maraqla qarşılayan qonaqlar qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduqlarını söyləyiblər.

Qırğızıstanın nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO