"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Evsizlik problemi: Qadınlar azadlığa çıxdıqdan sonra hara gedirlər?


Keçmiş məhbuslar – həm kişi, həm də qadınlar adətən kirayə mənzil tapmaqda çətinliklə üzləşirlər.
Annette də xaricdə həbsdən azad olduqdan sonra bele vəziyyətlə üzləşib.
Hal-hazırda DePaul İreland şirkəti tərəfindən qısa müddətli olaraq mənzillə təmin olunsa da o, yanvar ayında icarə müddəti bitdikdən sonra başqa yer tapmalıdır.
Gənc qadın narkotik istifadəinə görə iki ildən az müddətdə həbs edilmişdi.
“Deməli mən narkotik istifadə etdim, tutuldum,cəzamı çəkdim, deportasiya olundum və bura gəldim,” deyə o bildirib.
Journal.ie jurnalı onun keçmiş qadın məhkumların Tus Nua DePaul xidmətinə necə gəlməsi barədə məlumat verib.
O , yenidən normal həyata adaptasiya olmaqda çətinlik çəkirdi , hətta o , özü ilə zarafat edərək deyirdi ki, “sifonu çəkəbilmək belə qəribə hissdir”.
Buna baxmayaraq, ondan gələcək planları barədə soruşduqda üz cizgiləri ciddiləşirdi.
“ Mən yanvarda buradan çıxmalıyam və hələ də nə olacağı barədə heç bir fikrim yoxdur. Mən hal-hazırda necə davam edəcəyimi bilmirəm. Amma nə olursa olsun mən küçələrə-həbsxanaya qayıtmayacam.”
Annette həbsdə cəza çəkməmişdən əvvəl həyatının bir neçə ilini küçələrdə, yataqxanaların həyətində keçirib.O da narkotik istifadəçisi olub amma 21 həftədən çoxdur ki, istifadə etmir.
O , cəzasının sonlarında narkotikdən istifadə etməmək qərarına gəlib- “Mən bunu burada edə bilirəmsə deməli hər yerdə edə bilərəm,” deyə o fikirləşir.
Hal-hazırda onu gələcəyə doğru ruhlandıran yeganə təsəlli övladı ilə əlaqə qurmaq və bu əlaqəni qoruyub saxlamağa çalışmaqdır.
“Mən bunu hər gün edirəm. Bu, mənə çox kömək edir. Onlar mənə kömək edə bilməyəndə dərhal bu barədə fikirləşirəm.”
“Sizə əminliklə deyə bilərəm ki, məm mümkün olduqca yataqxanalardan kənar gəzirdim. Mən övladımdan ayrı , heç nə ilə məşğul olmadan uzun müddət qapalı qalmışam və əgər küçələrə qayıtsam onu yenidən tərk etməli olacam. “
O, Tus Nuanı özünün “həyat yolu” adlandırır.
Belə də adlanmalıdır çünki onlar mənə başımın üstünə dam, yatmağa yataq verdilər. Mənim elə bunlara ehtiyacım var.
“Mən sadəcə olaraq əlimdən gələnin daha yaxşısını etməyə çalışıram,” deyə o, sözünə davam etdi.
“Bu mənim son şansımdır. Əgər yenə də hər şeyi alt-üst etsəm daha heç nə əldə etməyəcəm. Yenidən həminki rejimə qayıdacam. Və mən daha özümə bataqlığa düşməyə icazə verməyəcəm.”
Annette özünə inam yaradacaq ictimai kollec kurslarına başlamaq həvəsindədir, bu , həm də onun müəyyən iş qrafikinə öyrəşməsinə kömək edəcək.
“Əgər mən nəsə etməsəm, depresiyyaya düşəcəm. Və əgər depresiyyaya düşsəm narkotik qəbul edəcəm və yenidən keçmiş həyatıma qayıdacam.”
Bununla belə, mənzilin keyfiyyəti və yeri Annette üçün çox vacibdir.
“Mənim köçməyə bir yerim olmalıdır- ailəmin evinə qayıtmaq kimi bir variant yoxdur. Amma onlara , ehtiyacım olan xidmətlərə yaxın olmalıyam. Mən yenə təkrar edirəm ki, heç bir güc məni həmin ərazilərdən uzaqlaşdıra bilməz.”
Mən həyatda bütün işləri görmüşəm. Mən həbsxanada öz cəzamı çəkmişəm. Mən sadəcə öz həyatımla ayaqlaşmaq istəyirəm amma bunun üçün çox yaşlıyam. Əgər siz öz yeniyetməlik dövrünüzü alt-üst etsəniz , iyirmi yaşınızda sizin üçün yeganə təsəlli övladınızın olmasıdır və daha sonra siz cavanlıq dövünüzə zərbə vursanız illərin necə keşdiyinin fərqində belə olmayacaqsınız. Çünki siz bütün həyaınıza təir edirsiniz. Axı mənim nəyim var? Bu çox pis haldır. Mən indi bacardığım qədər əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.”
Xidmət
Tus Nua azadlığa çıxmış qadınları mənzillə təmin etmək üçün xüsusi qanunla 2003-cü ildə yaradlıb.
Bir çox xidmət aşkarlayıb ki, insanlar onların təklif etdiyi mənzillərdə yaşamaq istəmirlər çünki belə mənzillər onların ehtiyaclarını ödəmir. Nəticədə onlar yenidən cinayət törədirlər.
Belə qəbul edilir ki, bir çox məhkum evsizlik, yenidən cinayət törətmə və məhkumluq kimi problemlərlə tez tez üzləşir.
Tus Nua ,əsasən , mənzillərin təmin olunması ilə məşğuldur- orada istənilən vaxt xidmətə hazır olan 6 mənzil var. Kişi məhkumlarla da iş təcrübəsi olan Menecer Carmen Lordache hesab edir ki, qadınların daha çox diqqətə ehtiyacı var.
“Onlar yataqxanadan gedəndə biz onlardan gələcə planları barədə soruşuruq. Əksəriyyət gündəlik kurslara gedir. Amma çox vaxt təkrarlar baş verir. Biz qadınların daha çox sabit həyat sürməsi üçün çalışırıq və bəzi hallarda onlar bundan imtina edir.”
Tus Nuanin müştərilrinin bir çoxu narkotik aludəçisidir və Lordache qeyd edir ki, məişət zorakılığı müştərilərin bir çoxunun gənc yaşından həyatlarının bir hissəsini təşkil edir.Onların çoxu küçədə gecələyir və evsizlikdən əziyyət çəkir.
Focus İreland təşkilatının nümayəndəsi Sinead McGinley tərəfindən aparılan araşdırmalar gösərir ki, evsizliklə üzləşən şəxslərin cinayət törətməsinin üç səbəbi var :
Küçə həyatının qanunsuluğu(məsələn, ictimai yerdə içki içmək, avaraçılıq)
Həyatda qalmaq üçün cinayətkar davranış(məsələn,oğurluq)
Damğalama: küçədə gecələyən insanlar cəmiyyət üçün təhlükə hesab olunur. Onlar daha çox cinayətə sövq edilir.
McGinley bildirir ki, onların narkotik maddə aludəçiliyi və ya əqli problemləri olduqda mənzil axtarışı zamanı çətinliklər daha da artır.
Yüksək risk daşıyan , xüsusilə də cinsi zorakılıq və qəsdən yandırma kimi cinayətləri törədənlər əlavə problemlərlə üzləşir.
Həbsxana sisteminin müəyyən öhdəlikləri ilə yanaşı heç bir məhkum qalmağa yer tapmayana qədər azadlığa buraxılmır,bir çoxu azadlığa çıxdığı ilk gecə küçədə qalmağa məcbur olur.
Həbsxanada azadlığa çıxdıqdan sonrakı həyatla bağlı həyata keçirilən layihələr də məhkumun yenidən cinayət törətməsi və evsizliklə üzləşməsinin qarşısının alınmasında səmərəli ola bilər.
İrlandiya Hıbsxana Xidməti yanında Qayğı və Reahbilitasiya mərkəzinin direktoru Fergal Black xəbərdarlıq edir ki, əgər məhkum azadlığa çıxanda əlverişli mənzillə təmin olunmasa , həbsxana daxilində görülən işlərin heç bir faydası olmayacaq.
O, həmçinin , vurğulayıb ki, azadlığa çıxdıqdan sonra qalacaq bir yerinin olmasını təmin etmək üçün məhkumun ailəsi ilə əlaqələrinin qorunması çox vacibdir.
Bununla belə, o qeyd edir ki, uşaqların həbsxanaları ziyarəti çox aşağı səviyyədədir. O, buna aid ən yaxşı nümunə kimi Şotlandiya və İrlandiyanı göstərib. Belə ki, Şotlandiyada uşaqlara istənilən vaxt həbsxanaya gəlməyə icazə verilir,onlar McDonaldsdakı kimi sevimli oturacaqlarla təmin olunurlar.
İrlandiyada üşaqlar üçün görüş saatı günorta saat 4-ə qədərdir , ona görə də onlar valideynlərini görmək üçün məktəbə getmirlər. Orada da ,həmçinin görüş üçün skamyalar mövcuddur.
“Ailələr arasında əlaqələrin qorunması məhkumlar üçün ən vacib amildir,” deyə o bildirib.
Black , həmçinin qeyd edib ki, həbsxanadakı insanlarla iş, səhiyyə, təhsil və istirahət kimi sahələrdə çalışmaq onların keçmiş yox, məhz gələcək həyat yolunu müəyyənləşdirir.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO