"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Mühafizə Alayının bölüklərində treninq-məşğələ keçirilib


Ədliyyə Nazrliyin Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki qurumlarda fövqəladə hallar zamanı şəxsi heyətə və xüsusi kontingentə zəruri davranışın aşılanması məqsədilə növbəti tədbir Mühafizə Alayının 2,3 və 9-cu atıcı bölüklərində keçirilib.
Penitensiar xidmətin Mühafizə texnikası şöbəsi tərəfindən təşkil olunan treninq-məşğələdə şəxsi heyətin üzvləri iştirak ediblər. Yanğın təhlükəsi zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri təlim iştirakçılarına izah olunub, xüsusi vasitələrdən istifadə qaydaları nümayiş etdirilib.
Təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla keçirilən treninq-məşğələ müvəffəqiyyətlə başa çatıb.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO