"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Abdaali ömrünün 30 ilini həbsxanada keçirdİ. Bu müddət ərzində o, anasını və başqa qohumlarını itirdi.


“İşləmək eyib deyil. Mənim etdiklərim dilənmək və başqalarından asılı olmaqdan yaxşıdır” deyə o bildirib.
Saqqalı və qırışmış dərisi sayəsində olduğundan daha yaşlı görünüşə malik Abdaali bütün gününü küçələrdən plastik tullantılar toplamaqla keçirir.
Yəməndə həyatlarını təkrar istehsal sahəsinə həsr edən insanlar ömürboyu qranolayemək məcburiyyətində qalıb (yulafdan hazırlanmış yemək) və ,demək olar ki, heç vaxt bir cüt “Birkenstock”(ayaqqabı firması) görməyiblər.
Abdaali də başqalarının tullantıları hesabına yaşayan minlərlə yəmənlidən biridir. Bu iş Yəməndə yaşayan yoxsulların bəzilərinə əlavə gəlir gətirməklə yanaşı , göstərdi ki, Yəmənin şəxsi qeyri-rəsmi təkrar istehsalla məşğul olan briqadaları var.
Bu iş gün ərzində çoxlu əyilmək və gəzmək tələb edərək insan bədəninə zərər verir.
Plastik yığanlar hər gün bütün vaxtlarını sərf edərərk daşıdıqları böyük torbaları doldurmaq ümidi ilə işləyirlər. Onlar gündəlik məqsədlərinə çatdıqda isə öz yığdıqlarını təxminən 300 Yəmən rialına (təxminən 1.40 dollar) satırlar.
“Bu, mənim kimi hər gün plastik butulka yığmaq üçün əyilən yaşlı insanlar üçün çox ağır və yorucu peşədir,”o bildirib. “Kaş ki, bizim də sabit gəlirimiz və normal həyatımız olardı. Mən gündə yalnız 2 dəfə yemək yeyirəm.”
“Mən öz boş gül torbamı hər gün təxminən 100 ədəd plastik butulka ilə doldurur və onları təxminən 300 Yəmən rialına satıram.” Onun gəliri aşağı olduğuna görə ev kirayələməyə imkanı çatmır. Abdaalinin küçədə yatmaqdan başqa şansı yoxdur.
“Gündəlik topladığım butulkaların sayı fərqli olsa da minimum 100 butulka toplamalıyam çünki onları alan şəxs 100-dən az almır. Bəzən, 200 butulka toplayıram. Mənim üçün ən yaxşı gün 300 butulka topladığım gündür”, Abdaali deyib.
O , ağlaya-ağlaya danışırdı ki, onun 14 yaşı olanda atası ölüb. “Mənim atam çox kasıb idi, o , Wesab Al-Aali kəndində vəfat edib. Anam yenidən evləndikdən sonra mən Sana’a şəhərinə gəlməyi qərara aldım.”
O, anasının uzaq qohumları vasıtəsilə çörəkxanada iş tapdı. Çox olmasa da özünü dolandıra bilirdi və o , bununla fəxr edirdi. O heç özü də bilməzdi ki, bir qəza onun həyat məcrasını tamamilə dəyişə bilər.
“Mən çörəkxanada ən cavan işçi idim. Bütün işçilər bir otağı paylaşırdı və bir gecə mən işçilərdən birinin mənə toxunması ilə oyandım. “
Sui-qəsdə məruz qaldığımı başa düşdükdə yatağımın altında saxladığım bıçağı götürdüm və ona zərbə endirdim. Bədbəxtlikdən bıçaq onun boynuna dəydi və bir neçə dəqiqə ərzində öldü. “
Abdaali ömrünün 30 ilini həbsxanada keçirdİ. Bu müddət ərzində o, anasını və başqa qohumlarını itirdi. Bir gün azadlığa çıxanda isə yalnız və müdafiəsiz idi.
O, oxumağı və yazmağı bacarmadığına görə iş tapmaqda çətinlik çəkirdi və sonda həyat onu küçələrdə yaşamağa məcbur etdi.
Onun 30 ilinin həbsxanada keçdiyini nəzər alsaq Abdaalinin həyatı digərlərindən çox fərqlidir amma bu faciə özü yeganə hal deyil.
Küçələrdən plastik toplayan Hajjah Saood Qaid deyir ki, əri və 17 yaşlı oğlu iki il əvvəl avtomobil qəzasında vəfat etdikdən sonra 4 qızı ilə təkbaşına həyata davam etmək məcburiyyətində qaldı.
“O gündən sonra bizim vəziyyətimizi bilən insanların mərhəməti sayəsində yaşamağa başladıq,” deyə bildirərək əlavə etdi ki, insanların dəstəyi ailənin əsas ehtiyaclarını ödəməyə imkan vermir.
“ Mən səhərdən axşama qədər işləyirəm. Mən yığdığım butulkaları cəmi 600 Yəmən rialına (2.80 dollar) satıram və bütün pulu özüm və dörd qızıma ərzaq almağa xərcləyirəm.”
O ümid edir ki, böyük qızları universitetə daxil olacaq və gələcəkdə ailəsinə dəstək olmaq üçün iş tapacaq.

Təqvim

October 2014
M T W T F S S
« Sep   Nov »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO