"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

AŞPA-da ermənilər susduruldu


E.Süleymanovun Teleqraf.com-a verdiyi məlumata görə, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlar edərək, məruzənin adının dəyişdirilməsini, məruzəni Avropada su problemlərinə həsr edilməsini tələb ediblər. Sosial komitənin üzvləri, Böyük Britaniyadan olan deputat Mayk Hanqkok, belçıkalı deputat Blanşar, moldovalı deputat Gileviç ermənilərin bu təklifinə etiraz etdilər və bu kimi təxribatlara son qoymağa çağırdılar. Ermənistan və AŞPA katibliyinin bütün səylərinə baxmayaraq, məlumat xarakterli memorandum baş tutdu, Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxdı. AŞPA katibliyinin məsləhəti ilə Ermənistan nümayəndə heyəti üzvlərinin istər Assambleyanın dünən müzakirəyə çıxarılmış “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” məruzəsinin, istərsə də Sərsəng Su Anbarı ilə bağlı bu gün Sosial və Siyasi Komitələrdə müzakirəyə çıxarılmış məruzənin adlarının dəyişdirilməsinə yönələn səyləri onu göstərir ki, Ermənistan tərəfi işğal siyasətlərinin ifşa olunmasından təşvişə düşüb və ciddi narahatlıq keçirir. Qeyd edək ki, Sərsəng Su Anbarı ilə bağlı AŞPA-da hazırlanacaq məruzə işğal altında olan strateji obyektlərə həsr olunan ilk məruzə olacaq.

Təqvim

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO