"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bu layihə məhbus qadınları azad həyata hazırladığımızı görmək imkanı yaradacaqdır


Qadın həbsxanasında restoran açmağı planlaşdıran, keçmiş məhkumların iş tapa bilmələrini asanlaşdırmaq üçün nəzərdə tutlulan layihə 2015-ci ildə həyata keçiriləcəkdir.
Qubernator Con Hyuviston deyir ki, bu bizim həbsxanadan azad olunmuş qadınların azad həyata necə hazırladığımızı görmək imkanı yaradacaqdır.
Bu Birləşmiş Krallığın Həbsxana Xidmətinin təşkil etdiyi 4-cü layihə olacaqdır.
Ədliyyə Nazirliyi mətbuat xidmətinin məsul işçisi bildiri ki: “bu layihə çərçivəsində məhbuslar aşpazlıq, yemək servisi və gildiya sertifikatlı təmizlik işçisi” peşəsi ilə təmin ediləcəklər. Eyni zamanda onlar real bir iş sektoruna girəcəklər.
Baş icraçı menecer Kris Mor müsahibəsində bildirib ki, : “restoranın açılması qonaq qəbul etmə sənətində bir yenilikdir və bu yolla biz məhbusların residiv cinayət həyatından uzaqlaşacağını ümid edirik. Xeyriyyə təşkilatı, Brikston, Kardiff və Sattonda kişi türmələrində artıq müvəffəqiyyətlə restoranlar açmışdır.”
Bu təşkilat eyni zamanda bəzi restoranlar üçün meyvə-tərəvəz yetişdirəcək bağ-bostan salmağı da planlaşdırır.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO