"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Şəki Penitensiar müəssisəsində istehsalat sahələri təşkil olunur


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bu sahədə həyata keçirilən növbəti tədbirlərdən biri yeni istifadəyə verilmiş Şəki Penitensiar müəssisəsinin rejim korpuslarında müasir tipli avadanlıqlarla təchiz edilmiş istehsalat sahələrinin fəaliyyətə başlaması olub. Müxtəlif suvenirlərin istehsalını həyata keçirən sexlərdə ilkin olaraq 12 nəfər işlə təmin olunub.
Müəssisədə cəza çəkənlərin haqqı ödənilən ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində işlər davam etdirilir. Bu məqsədlə mövcud şəraitin daha da yaxşılaşdırılması üçün Penitensiar Xidmət tərəfindən yaxın gələcəkdə yeni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Təqvim

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO