"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

10 News agentliyinin əməkdaşları boş və tərk olunmuş Broward County həbsxanasını müşahidə üçün ora daxil olub

Pembroke Pines şəhəri bu il bu daşınmaz əmlak üçün 13 milyon dollar ödəmiş və bu yaxınlarda dövlətdən oranın açarlarını almışdır. Ictimai obyektlər direktoru Shawn Denton buranın yeni müdürünün nə deyəcəyinii belə təsvir edir
” Aman Tanrım, biz bu boş bina ilə nə edəcəyik? “deyə Denton bildirib.

Dövlət 2010-cu ildə bu həbsxananın bağlanmasına əmr verdi. O vaxtdan bura evsiz bomjlar üçün bir oyun yeri olmuşdur, hətta ən təhlükəsiz otaqları belə dağıtmışlar. 26 korpus binaların hamısı darmadağın edilmişdir.

Local 10 agentliyinə o binalara tam girmək hüququ verilmişdir. Bura ölümə məhkum edilənlərin də kameraları daxildir. 2002-ci ildə edamına qədər qətllər törətmiş Aileen Wuornos buarada 10 il yatmışdır. Otaqdakı çarpayı götürülmüşdür. Hücrə kiçikdir, orada əl-üz yumaq üçün yer, tualet və küncdə xarici mühitlə yeganə ünsiyyət vasitəsi olan dar pəncərə vardır.

Ölüm kameralarında eyni zamanda tibbi şöbə də mövcud olmuşdur. Oranın öz heyəti və təcrübə otaqları var idi. Stomatoloji şöbədə məhbusların ağızlarına məxsus keramik nümunələr qalmışdır.

“Orada məhbusların optometriya eledikləri başqa bir şöbə və malik olduqları bir çox alətlər, imkanlar mövcud idi. Bu demək olar ki öz daxilində bir şəhər idi. ” Denton belə deyir.
Hal hazırda burada ustalar həbsxananın qapılarını təmir edirlər ki, yad ünsürlər içəri daxil ola bilməsinlər. Şəhər rəhbərliyi əmlakı balansına keçirərək , onu hansısa bir şirkətə, iş adamına satmağı planlaşdırır.

Wuornos edam edildikdən 1 il sonra, dövlət ölüm cəzası alan qadınları Okala yaxınlığındakı Lowell İslah müəssisəsinə köçürülmüşdür.
Broward İslahetmə və cəzaçəkmə müəssisəsi 2010-ci ildə dövlət tərəfindən bağlanılan yeddi həbsxanadan biri idi.

“Azadliqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO