"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Dünyanın ən lüks həbsxanasında məhkumların saxlanılması üçün yer çatışmazlığı yaşanır

Norveç həbsxanaları dünyanın ən lüks həbsxanalarıdır. Ölkənin ən yeni yüksək təhlükəsizliklə təmin olunmuş, Halden həbsxnası, 2010-cu ildə açılıb və kameralar pəncərələr, özəl vanna otağı, televiziya ilə təchiz edilmişdir. Oslo ətrafında Bastoy adasındakı A tipli aşağı təhlükəsizlik tədbirli (yüngül rejimli) həbsxana, sauna və tennis kortu təklif edir; məhkumlar küçə paltarları geyinir və orada yaşadıqları, işlədikləri və yemək yedikləri kotteclərin daxmaların və binaların arasında sərbəst gəzişirlər.

Bu il hökumət həbsxanaların abadlaşdırılması və təkmilləşdirilməsi üçün 690 milyon dollar sərmayə yatırmağı planlaşdırır. Məqsəd, 3600 məhbusun rehabilitasiyası və onlara normal həyat şəraitini təqdim etməkdir ki bu da Norveçi dünyada ən aşağı residivizm göstəricilərinə malik olan ölkələrdən biri etməkdədir.

İndi 1300 məhkum üçün həbsxanada yer çatmır və onlar cəzalarını çəkmək üçün kameraların boşalmasını gözləyirlər. “Onlar məhkəmədə məhkum edilmişlər və bizdə onlar üçün həbsxanada yer yoxdur, belə ki, onlar öz evlərində yaşayaraq və küçələrdə gəzərək gözləməyə davam edirlər, biz də onlar kimi gözləyirik” bunları Norveç Ədliyyə Nazirliyində dövlət katibi olan Vidar Breyn-Karlsen bildirib. O, əlavə edir ki, “Bizə bunu qəbul etmək çox çətindir.”

Məhkumları indi Hollandiyaya göndərmək nəzərdə tutulmuşdur. Orada hökumət elan etmişdir ki, kifayət qədər məhbus olmadığı üçün 19 həbsxananın bağlanması nəzərdə tutulmuşdur. Sentyabrda edilən bu təklif əsasında, bir neçə yüz məhbus Holland həbsxanalarına köçürüləcək və orada onların bütün işlərinə Norveç məmurları nəzarət edəcəklər. Bunu da Breyn-Karlsen deyir. 2011-ci ildə 77 adamı qətl edən Anders Behrinq Breyvik kimi xüsusi təhlükəli məhbuslar isə Norveçdə qalacaqlar. Əgər plan təsdiqlənərsə bunun icrasına gələn il başlanıla bilər.
Məhbusların köçürülməsi məsələsi ABŞ-da adi haldır. Orada federal məhkumlar tez-tez ölkə daxilində başqa həbsxanalara köçürülürlər. 4 ştat öz məhbuslarını xidmət etmək üçün başqa ştatlara göndərir. Grassroots Leadership adlı həbsxana islahatı təşkilatının son olaraq payız hesabatına görə, azı 10500 məhbus, məhkum olunduqları ştatdan başqa bir ştatdakı həbsxanaya köçürülmüşdür. Məsələn, Havay adaları və Vermont ştatları özlərindən çox uzaq olan Arizonaya məhbus göndərirlər və orada onlar Corrections Corporation of America adlı təşkilatın ixtiyarında olan özəl xüsusi həbsxanalarda saxlanılırlar.
Mədəni və dil fərqlərinin mövcud olduğu Avropada məhkumların bir ölkədən başqasına göndərilməsi çox nadirdir. “Siz həbsxanaları sadəcə cəza çəkmə və saxlanılma yeri olaraq görürsünüz . Bu ağlabatan ola bilər, lakin BMT sənədləri onların eyni zamanda islah müəssisələri olduğunu açıq şəkildə bəyan edir.” :- bunu Londondakı Beynəlxalq Həbsxana Tədqiqatları Mərkəzinin müdürü Frank Warburton deyir. “Belə ki, ABŞ təcrübəsinin Norveçdə tətbiqi təhlükəli ola bilər.”

2009-cu ildə başladılan bir proqram əsasında 550 belçikalı məhbus artıq Hollandiya həbsxanalrına yerləşdirilmişlər. Hollandiya Ədliyyə Nazirliyi hesabatına görə, Belçika hər il onlara 52 milyon dollar pul xərcləyir. Holand parlamenti hər hansı bir köçürülmə olmadan əvvəl, Norveçlə təxirəsalınmaz bir razılıq əldə etməlidir. “Əgər Hollandiya işi bu şəkildə davam etdirə bilsə, biz bu planı dəstəkləyirik” Gerard Schouw, liberal D66 partiyasından olan məclis üzvü belə deyir.

Məsələn 2 ölkə razılığa gələ bilmədiklərinə görə Norveçdən İsveçə məhbus göndərmək mümkün olmamışdı. Iki ölkə hərəkət imkan qanunları dəyişdirmək ki, ikitərəfli müqavilə barədə razılığa bilmədi, çünki İsveç Norveçin əlavə məhbus göndərmək üçün tədbir bu il uğursuz oldu. Norveçin İşçi Partiyası, ən böyük müxalifət təşkilatı kimi müvəqqəti həlli kimi hökumətin təklifinə dəstək ola biləcəklərinin siqnallarını verdi. “Çox vacibdir ki, Norveç daha çox həbsxana tiksin” Kari Henriksen, parlament ədalət komissiyası üzvü olan İşçi Partiya təmsilçisi belə deyir.

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mətbuat xidməti

Təqvim

September 2014
M T W T F S S
« Aug   Oct »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO