"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Bakıda bacı məhkum qardaşı üçün alt paltarında narkotik vasitə keçirmək istəyib

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Nizami oğlu Qafarovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Zülfiyyə Nizami qızı Qafarovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarında gizlədilmiş, şəffaf sellofana bükülmüş, xalis çəkisi 0,8 qram olan narkotik maddə “Marixuana” aşkar edilərək götürülmüşdür.
Qeyd edək ki, Ramil Qafarov Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

http://az.trend.az/news/incident/2279887.html

Təqvim

May 2014
M T W T F S S
« Apr   Jun »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO