"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycanda məhkumlara məzuniyyət verilməsi nəzərdə tutulur

Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərə, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlara məzuniyyət verilməsi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək.
Bunu Trend-ə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov deyib.
İdarə rəisinin sözlərinə görə, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim edilmək üçün müvafiq təkliflər hazırlanır: “Müəyyən hadisələr zamanı, məhkumların əzizlərinin, doğmalarının xeyir-şər günlərində iştirak etmək üçün onlara məzuniyyət verilməsi nəzərdə tutulur. Təkliflər yaxın gələcəkdə parlamentə təqdim ediləcək. Bunun mexanizmi, məzuniyyətin hansı formada və nə qədər müddətə verilməsi məsələsi müzakirələrdən və Milli Məclis tərəfindən qanunvericiliyə dəyişikliklər qəbul edildikdən sonra dəqiq bilinəcək”.
R.Ramazanov qeyd edib ki, hazırda Penitensiar Xidmətdə 15-20 il bundan əvvəlki münasibətlər tamam dəyişib. Getdikcə cəmiyyətin demokratikləşməsi, eyni zamanda, Penitensiar Xidmətdə aparılan islahatlar azadlıqdan məhrum edilmiş şəxslərə öz doğmaları, əzizləri, ictimaiyyət nümayəndələri ilə görüşmələrinə daha geniş imkan verir, daha yaxşı şərait yaradılır: “Ümumiyyətlə, bu gün penitensiar müəssisələrdə saxlanma şəraiti ilə bağlı heç bir ciddi problem yoxdur. Hətta elə müəssisələr var ki, orada o qədər tamaşa və konsertlər verilir ki, məhkumlar bəlkə də azadlıqda olarkən heç bu qədər teatr və konsertdə olmayıblar. Təbii ki, bunun məhkumların islah edilməsində də çox böyük əhəmiyyəti var”.

http://az.trend.az/news/society/2279935.html

Təqvim

May 2014
M T W T F S S
« Apr   Jun »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO