"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Azərbaycan gənclərinin məşğulluğu diqqət mərkəzində

BMT-nin Beynəlxalq Əmək Təşkilatının yaydığı “2013-cü ildə Dünyada Məşğuluq Meylləri” adlı hesabata görə, hazırda əmək qabiliyyətli gənclərin dünya üzrə 12.6 faizi işsizdirsə, 2017-ci ilə qədər bu rəqəm 13 faizə çatacaq. Azərbaycanda gənclər arasında işsizlərin sayına gəldikdə isə, hesabatda bu rəqəm 11 faiz göstərilib.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzinin apardığı araşdırmalara görə ölkəmizdə gənclərin işsizlik problemi ilə qarşılaşmaları əsasən onların peşə seçimi, karyera quruculuğu ilə bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə gənclərin böyük əksəriyyəti öz peşə seçimini valideyn tövsiyyəsi və yaxud dəbə görə edirlər. Gənclərin öz istəklərini nəzərə almadan, öz resurslarını qiymətləndirmədən peşə, ixtisas seçimi etmələri nəticədə uğursuzluğa səbəb olur.
Qeyd edək ki, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi hazırda bu problemin həllinə ictimai dəstək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsini icra edir.
Məlumdur ki, ölkəmizdə icbari təhsil müddəti 9 ildir, 9-cu sinifdə oxuyan gənclər məhz bu məqamda öz həyat yolunu seçirlər. Bu səbəbdən, adı çəkilən layihə çərçivəsində 9-cu sinif şagirdləri üçün “Uğurlu karyera quruculuğu” mövzusunda təlimlər təşkil edilir. Təlimlərdə özünü kəşf etmə, resursların qiymətləndirilməsi, peşə seçiminə təsir edən amillər, hədəfin müəyyənləşdirilməsi, gələcəyin peşələri, səmərəli işaxtarma mexanizmləri və sair bu kimi mühüm mövzular müzakirə edilir.
Qeyd edək ki, layihə gənclər tərəfindən çox müsbət qarşılanmış, təlim iştirakçıları əldə etdikləri məlumatların onların karyera quruculuğunda çox mühüm rol oynayacağını bildirmişlər.
Layihə pilot olaraq Bakı şəhərinin 10 orta məktəbində icra edilir, lakin hesab edirik ki, bu tip təlimlərin mütəmadi keçirilməsinə çox ciddi ehtiyac var.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi orta məktəblərdə sosial işçilərin fəaliyyət göstərməsinin, sosial işçilərin gəncləri düzgün peşə seçiminə istiqamətləndirmə sahəsində iş aparmasının zəruri olduğunu hesab edir və bu məqsədlə müvafiq qurumlara müraciət etməyi planlaşdırır.

MƏTBUAT XİDMƏTİ

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO