"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ
"AZADLIQDAN MƏHRUMETMƏ YERLƏRİNİN MÜŞAHİDƏSİ" İCTİMAİ BİRLİYİ

Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul edib

Türkiyə Böyük Millət Məclisi (TBMM) kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanuna dəyişiklikləri təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər verib.
Məlumata əsasən, dəyişikliklərə görə, artıq kəşfiyyat xidməti əməkdaşları dövlətçiliyin qorunması üçün hakimiyyətdən verilən tapşırıqları da yerinə yetirəcək.
Dəyişikliklərə əsasən, kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq, məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq, Türkiyənin kəşfiyyat təşkilatının (MİT) əməkdaşlarının ailə üzvləri terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaqlar.
Qeyd edək ki, bu il fevralın 24-də TBMM-in daxili işlər üzrə komissiyası qanuna dəyişiklikləri bəyənmişdi.

http://az.trend.az/news/politics/2264589.html

Təqvim

April 2014
M T W T F S S
« Mar   May »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Partnyorlarımız

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azpenalreform.az

1905.az STUDIO